Qısa məzmun
Gabala Hospitality Group Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Vəzi̇fə Öhdəli̇kləri̇:
- Bütün növ qrafik dizaynların hazırlanması (çap materialları və çöl reklamları, sosial media postları);
- Brendyaratma, konsepsiya çalışmaları. Brend standartlarının təyin edilməsi və istehsal prosesində və tətbiq edilmədə bu standartların qorunmasının yoxlanılması;
- Veb dizayn;
- Materialların dəqiq planlanılması üçün komanda üzvləri, menecment və sorğu göndərən tərəflə işlərin koordinasiyası;
- Sorğunu dəqiq başa düşərək gözlənilən nəticəyə uyğun yaradıcı və praktik həllərin təqdim edilməsi;
- Tapşırıqların cari statusu haqqında komanda üzvləri və menecmentin məlumatlandırması;
- Hazırlanmış dizayn layihələrinin təkmilləşdirilməsi üçün düzəlişlərin edilməsi;
- Dizayn trendləri və alətlərinin izlənilməsi və komandanın bu barədə məlumatlandırması;
- Diyzanların spesifikasiyasını üçüncü tərəflərlə bölüşülməsi və standartların izah olunması;
- Departamentin ümumi fəaliyyəti ilə əlaqədar bu siyahıda qeyd olunmayan digər tapşırıqlar.
Tələb Olunan Bi̇li̇k, Bacarıq Və Təcrübə:
- Zamanlamaya dair peşəkar yanaşma nümayiş etdirmə bacarığı – Punktuallıq
- Reklam agentliyi, dijital agentlik və ya şirkətdaxili komandalarda 2 ildən çox qrafik/motion/web dizayn təcrübəsi;
- Dizayn proqramlarında peşəkar səviyyədə işləmə bacarığı (Adobe Creative Suite (Photoshop, Illustrator, InDesign, XD), Figma – əla səviyyədə; Adobe Premier, After Effects və Blender istifadə təcrübəsi əlavə üstünlükdür)
- Araşdırmaçı, yaradıcı və innovativ xarakter;
- Detallara diqqət etmək bacarığı;
- Dizayn trendlərini anlamaq və onların kommersiya yönümlü dizaynlarda tətbiqi bacarığı;
- Eyni anda bir neçə tapşırıq və layihəyə cəlb olunmaq (Multitasking)
- Çap-mətbəə işi, Foto/video çəkilişi, haqqında məlumatlı olmaq və 3D/Motion dizayn bacarığı üstünlükdür.
- Komandada işləmək bacarığı;
Seçim prosesi:
- CV və portfolio ilə müraciət;
- Test tapşırıqları;
- Müsahibə.
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlanan xanım və bəy namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində işin adı (Qrafik dizayner) göstərilməklə elektron poçtuna göndərmələri xahiş olunur
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.
Oxşar vakansiya siyahısı:
Sosial Media üzrə Qrafik Dizayner
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...
Sosial Media Marketinqi üzrə Mütəxəssis
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...
Marketinq üzrə Mütəxəssis
İnci Group of Companies Marketinq üzrə Mütəxəssis vakansiyasını elan edir. ...