Qrafik Dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1000-2000 AZN. Kontakt Home Qrafik Dizayner vəzifəsi üzrə vakansiya elan edir. Dizayn və ya marketinq sahəsində ali təhsil tələb olunur.

Company: Kontakt Home

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi ir@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Qrafik Dizayner

Vəzifələr:

  • Sosial media üçün dizaynların hazırlanması
  • Reklam proyektlərinin qrafik hissəsinin hazırlanması (packshot üçün səhnələr);
  • Plakatların, sütunların, bannerlərin dizaynın və “mockup” versiyasının hazırlanması,
  • Korporativ stilin elementlərinin hazırlanması: endirim kartları, açıqça, flayer, təqvimlər
  • Marketinq layihələrinin vizuallaşdırılması;
  • Poliqrafik məhsulların hazırlanması.

Tələblər:

  • Qrafik dizayn sahəsində minimum 3 il iş təcrübəsi;
  • Photoshop, Corel Draw, Adobe Illustrator və İndesign proqramlarını bilməli,
  • Qrafik dizayn sahəsində xüsusi biliklər: mətbəə, illustrasiyaların və şəkillərin istifadəsi;
  • Koloristikanın əsaslarını bilməli;
  • Tipoqrafika anlayışı olmalıdır.
  • Detallara qarşı diqqətli olmalıdır.
  • Komanda işini bacarmalı, kreativ yanaşmaları olmalıdır

İş şəraiti:

  • Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə;
  • İş qrafiki: I-V günlər, 09:00 – 18:00;
  • Əmək haqqı: 1000-1200

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Qrafik Dizayner” qeyd edərək CV-nizi və Portfolionuzu ir@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...