Qrafik Dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Office Lines şirkəti Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Office Lines MMC 2000-ci ildən bəri korporativ ofis təchizatı sahəsindən aparıcı şirkətlərdən biridir
  • İş günləri: bazar ertəzi – cümə, 09:00-dan 18:00-dək
  • İstirahət günləri və bayram günləri – qeyri-iş günləridir
  • Office Lines müştərilərinin promo və çap məhsulları üzrə sifarişlərinin dizaynı, istehsalı və satışı mərhələlərində ortaya çıxan işləri koordinasiya və icra etmək;
  • Ehtiyac yarandıqda dizayn və istehsal işləri üçün ölkə daxilində və xaricdə sərfəli provayderləri axtarmaq və onlarla əməkdaşlıq qurmaq
  • Promo və çap məhsulları sahəsində davamlı olaraq bazar araşdırması aparmaq, yeni və innovativ məhsullar haqqında məlumat toplamaq və təkliflər hazırlamaq
  • Office Lines şirkətinin kataloqunun elektron və çap variantlarının hazırlanmasında dizayn və digər işləri icra etmək, ehtiyac yarandıqda kənardan alınan dizayn və çap xidmətlərini koordinasiya etmək
  • Office Lines şirkətinin WEB səhifəsinin yenilənməsi, dizaynı və digər işlər üzrə verilən tapşırıqları yerinə yetirmək
  • Şirkət rəhbərliyi tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək

Namizədə tələblər:

  • Promo və çap məhsullarının dizaynı, marketinqi, istehsalı, satınalınması və satışı üzrə iş təcrübəsi
  • Dizayn və qrafik proqramlar üzrə biliklər (CRL, Photoshop və s.)
  • Araşdırma apara bilmək bacarığı

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...