Qrafik dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

10LINE Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Adobe paket proqramları üzrə peşəkar biliklər: InDesign, Photoshop, Illustrator, Mac platforması;
  • Motion dizayn programları üzrə biliklərin olması böyük üstünlükdür;
  • Mövcud standartlar və spesifikasiyalar, müxtəlif reklam vasitələrinin (kitablar, qəzetlər, jurnallar, bukletlər, plakatlar və s.) dizayn üsulları haqqında biliklər;
  • Rəsm və fotoqrafiya üzrə əsas biliklər;
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, rus dili biliyi üstünlükdür;
  • Multitasking rejimində işləmək bacarığı.

Öhdəliklər:

  • Bədii konsepsiyaların, maketlərin işlənib hazırlanması və yaradılması;
  • Əmtəə nişanları, qablaşdırma, kataloqlar, suvenirlər, tekstil üçün eskizlərin hazırlanması;
  • Yeni dizayn elementlərinin işlənib hazırlanması və tətbiqi, yeni məhsul dizayn üslublarının yaradılması
  • Yaradıcı layihələrin həyata keçirilməsində dizayn sxemlərinin müştərinin təsdiq edilmiş standartlarına (təlimat, brend kitab) uyğunluğuna nəzarət
  • Müştərinin korporativ üslubu haqqında məlumatların toplanması və saxlanması
  • Sosial şəbəkələrdə postların, stories, video-cover və s. materialların hazırlanması.

Təkliflərimiz:

  • Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Gülərüz və professional komandada işləmək şansı;
  • 5/2 iş rejimi (şənbə və bazar istirahət günləri).

Əmək haqqı müsahibə nəticəsində təyin olunacaq.

Şəkilli CV-lərinizi portfolio ilə birlikdə (behance və s. platformalarda) göndərin.

Portfolio olmadığı halda namizədliyiniz nəzərdən keçirilməyəcək.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...