Qrafik Dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Halal-P Front End Developer vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Qrafik dizayn sahəsində iş təcrübəsi bizim üçün vacibdir, hansı sferada olmasının fərqi yoxdur;
  • Bizim qrafik dizaynerimiz, yəni sən, kreativsən və reklam işi ilə həvəslə məşğul olursan. Yeni şirkətləri cəlb etmək üçün məhsul və xidmətlərimizi kreativ şəkildə təqdim edirsən.Bunun üçün sən Adobe Creative Cloud (Photoshop, İllustrator, Indesign, After Effects), Figma, Sketch və Corel Draw proqramlarını mükəmməl səviyyədə bilməlisən.
  • Kifayət qədər iddialısan və böyümək istəyirsən. Bunun üçün daim öyrənir, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən.

Məsuliyyətlər:

  • Reklam dizayn konseptlərinin yaradılması;
  • Sosial Media postlarının hazırlanması (şirkət daxili)
  • Kataloq, jurnal və s. çap məhsullarının dizayn edilməsi
  • Daxili kommunikasiya dizaynlarının yaradılması;
  • Dizayn materiallarının çapa hazırlanması;
  • Dizayn materiallarının ölçü adaptasiyası;
  • Lazım olduqda Sosial Media üçün (əsas səviyyə) video montaj və 2D animasiyaların hazırlanması;
  • Lazım olduqda səhifələrin və veb-interfeyslərin tərtibatı və dizaynının hazırlanması;
  • Struktur rəhbərləri tərəfindən verilən digər tapşırıqların icra edilməsi.

Dəyərlərimiz:

  • İnkişaf və davamlı öyrənmək istəyi
  • Qayğı göstərmək və kömək etmək istəyi
  • Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdə aparılır:

  • CV – bənzər bir təcrübənin varlığına baxırıq
  • Doldurulmuş anket forması – cavab sürətinə və anketin məzmununa baxırıq
  • Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
  • Rəhbərlə müsahibə

Şərtlər:

  • yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar satırıq;
  • sənə məhsul və texnologiyanı öyrətməyə hazırıq;
  • Iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək;

Yuxarıda yazılanlarda özünü tapdınsa – geri dönüş et!

Rəqabətyönümlü əmək haqqı!

Bu linkə daxil ol və anket formasını doldur. Onu da CV ilə birlikdə e-mail ünvanına göndərməyi unutma.

Bizimlə iş şən və perspektivlidir!

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...