Qısa məzmun
Max Offset Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Mətbəə məhsullarının ( kitab, kataloq, jurnal, buklet, liflet, flayer, poster və s.) dizayn edilməsi, səhifələnməsi və çapa hazırlanması
- Dizayn və Reklama aid mövcud standartlar, texniki şərtlər və tərtibat metodları üzrə biliklər
- Müştərilərlə işləmə bacarığı
- İşlərin daha effektiv həyata keçirilməsinə dair təkliflərin irəli sürülməsi
- Korporativ stilin hazırlanması (dəstəklənir)
- Sosial Media kanalları üçün paylaşımların hazırlanması (dəstəklənir)
- Brending və qablaşdırma üzrə biliklər (dəstəklənir)
- Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatların təqdim edilməsi
- Maxofset komandasına qoşularaq nə əldə edəcəksiniz:
- Peşəkar, mehriban komandada iş
- Etibarlı şirkətdə karyera qurmaq imkanları
- İş perspektivi və maaş artımı
- Əmək haqqı 700-900 manat
- İş rejimi 5 günlük (şənbə günü qısa gün)
- İş qrafiki 09:00-dan 18:00-dək
- Ünvan: Koroğlu m. yaxınlığı Atəşgah dairəsi. (Hava limanı yolu yaxınlığı)
Namizədə tələblər:
- Adobe (Photoshop, İllustrator, İndesign) və Corel Draw proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
- Minimum 3 il iş təcrübəsi
- Kreativ və yaradıcı yanaşma
- Ünsiyyətcil, dinamik və komanda da işləmə bacarığı
- İşi vaxtında təhvil vermək
Vakansiyaya uyğun namizədlər öz cv və portfoliolarını “qrafik dizayner” başlığı altında career@max-offset.com göndərə bilərlər.
Diqqət! Portfoliosuz emaillara baxılmayacaqdır.
Oxşar vakansiya siyahısı:
Qrafik dizayner
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D dizayner
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...
Sosial Media üzrə Qrafik Dizayner
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...