Qonaqların Qəbulu Meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ulu Hospitality Group Qonaqların Qəbulu Meneceri (Front Office Manager) vəzifəsi üzrə vakansiya elan edir.

İş Təsviri:

  • Qonaqların qəbulu şöbəsinin effektiv və problemsiz işləməsinə kömək etmək.
  • Qonaqların yerləşdirilməsi ilə bağlı bütün fəaliyyətləri istiqamətləndirmək,
  • Qonaqların qəbulu şöbəsinin fəaliyyətini planlaşdırır, şöbənin büdcəsini tərtib edir, işinə nəzarət edir.
  • Qeydiyyat şöbəsinin bütün əməkdaşlarının hər zaman eksklüziv qonaq xidmətləri göstərmələrini təmin etmək.
  • Şirkətin keyfiyyət standartlarını çox yaxşı bilməli və tətbiq etməli, həmçinin tabeliyindəki işçilərə aşılamalı.
  • Qonaqların qəbulu şöbəsinin işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti otelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək.
  • İllik hədəfləri təyin etmək və bu hədəflərə çatmaq.
  • Qonaq şikayətləri ilə maraqlanmaq və problemlərin aradan qaldırılmasına nail olmaq.
  • Qeydiyyat şöbəsinin işçiləri ilə illik icra göstəricilərinin inkişaf etdirilməsinə dair müzakirələr aparmaq, onlara öz peşəkar karyera hədəflərinə nail olmaqda kömək etmək.
  • Şöbə daxilində bütün işçilərə nəzarət etmək, şöbənin əməliyyatlar üzrə təlimatında müəyyən edildiyi kimi düzgün xidmət standartları və metodlarının həyata keçirilməsini təmin etmək.
  • Qonaq məlumatı kartlarının səliqəli və düzgün olub-olmamasını yoxlamaq.
  • Otaq satışlarının vəziyyətinə və qonaq məlumatlarının toplanılmasına nəzarət etmək.
  • Qrup rezervasiyalarına nəzarət etmək və onlara verilən otaqların planlamasını etmək.
  • Bütün yazışmaların, rezervasiya ilə bağlı yazışmaların (qonaqlara yazılan məktublar və s.) vaxtında olub-olmamasını yoxlamaq.
  • və s.

Tələblər:

  • Çeviklik, OperativlikQonaqların Qəbulu Meneceri
  • İş təcrübəsi (minimum 5 il),
  • Təfərrüatlara diqqət, dəqiqlik
  • Səmimi, nəzakətli və səbirli yanaşma;
  • Müştəriyönümlü
  • Xarici dil biliyi (Rus və İngilis)

CV-lərinizi “mövzu” yerinə “” qeyd etməklə hr@u-h-g.com ünvanına göndərə bilərsiniz.

 

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...

1st Fitness

24.04.2024 - Bakı

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

23.04.2024 - Bakı

400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Embafinans, ...

Embafinans

15.04.2024 - Bakı

Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə )

Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

04.04.2024 - Bakı