Qiymətləndirmə və motivasiya şöbəsində aparıcı mütəxəssis
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kapital Bank Qiymətləndirmə və motivasiya şöbəsində aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi məlumat

Kapital Bank namizədləri İnsan resurslarının idarə edilməsi departamentinin Qiymətləndirmə və motivasiya şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Bankın Qiymətləndirmə siyasətinin və karyera inkişafı üzrə qaydaların təkmilləşdirilməsi;
  • Bank əməkdaşlarının iş fəaliyyətinin dəyərləndirilməsi və dəyərləndirmə nəticələrinə əsasən mükafatların ödənilməsinin təmin edilməsi;
  • Bank əməkdaşlarının iş fəaliyyəti ilə bağlı analizlərin aparılması;
  • Əməkdaşların karyera inkişafı ilə bağlı qiymətləndirilmələrin aparılmasının təmin edilməsi;
  • Bankdaxili motivasiyanın ölçülməsi və müvafiq motivasiya istiqamətlərinin müəyyən edilməsi;
  • Bankda qeyri-maddi motivasiya üzrə tədbirlərin və komanda quruculuğu layihələrinin təşkil edilməsi;
  • Maddi və qeyri-maddi motivasiya sisteminin təkmilləşdirilməsi.

Tələblər:

  • Ali təhsilin olması;
  • Sahə üzrə 4 ildən artıq iş təcrübəsi;
  • Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Dəqiqlik, detallara qarşı diqqətlilik.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

699₼
Mühasib

Uragan Group MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Uragan Group MMC

19.01.2026 - Bakı