Avtomobillərin qiymətləndirilməsi üzrə mütəxəssis
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

City Finance BOKT MMC Avtomobillərin qiymətləndirilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali və ya orta təhsil
  • Yüksək təhlil bacarığı
  • Sürücülük vəsiqəsinin olması
  • Avtomobil idarəetmə bacarığının olması
  • Qiymətləndirmə və ya avtomobil sahəsində minimum 3 il iş təcrübəsi
  • Qiymətləndirmə fəaliyyətini tənzimləyən qanun və normativ aktlar haqqında ətraflı nəzəri və praktiki biliklərinin olması

Avtomobillərin qiymətləndirilməsi üzrə mütəxəssis nə iş görür?

  • Avtomobillərə vizual baxışın keçilməsi
  • Fotogörüntü qeydlərinin aparılması
  • Qiymətləndirmə üçün lazım olan sənədlərin araşdırılıb, təhlil edilməsi, çatışmayan sənəd olduqda müştəridən tələb edilməsi
  • Avtomobillərin dəyərinin müəyyən olunması üçün uyğun metodun təyin edilməsi
  • Satışda olan avtomobillərin xüsusiyyətləri (növü, istehsal ili, motorun gücü, texniki vəziyyəti və imkanları, yürüşü, rəngi və s.) haqqında məlumatlı olub, bu göstəricilərə əsasən onların bazar və likvid dəyərinin təyin edilməsi
  • Qiymətləndirməyə dair hesabat layihəsinin hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Əlavə məlumat:

  • Bazar ertəsi – Cümə: 09:30 – 18:30
  • Şənbə: 10:00 – 14:00
  • Sabit əmək haqqı + bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Avtomobillərin qiymətləndirilməsi üzrə mütəxəssis” qeyd etməklə göndərəsiniz. İşə qəbul prosesinin növbəti  mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı