Qida və İçkilər üzrə böyük nəzarətçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600-800 AZN. Lankaran Springs Wellness Resort Qida və İçkilər üzrə böyük nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. Rus dilinə mükəmməl, İngilis dili arzuolunandır.

Ən yeni sağlamlıq-kurort kompleksi olan “LANKARAN SPRINGS WELLNESS RESORT” Azərbaycanın ən gözəl guşələrindən biri Lənkəran şəhərinin Haftoni kəndində, Bakının cənubundan 250 km məsafədə yerləşir “LANKARAN SPRINGS WELLNESS RESORT” dünyanın ən effektiv balneoloji kurortlarından biridir. Bu yer öz unikal müalicəvi qaynaqları “İstisu” ilə məşhurdur. Kompleks dağ-meşə landşaftı ilə əhatə olunub, Xəzər dənizindən cəmi 10 dəqiqəlik və Lənkəran Beynəlxalq Hava Limanından 15 dəqiqəlik məsafədə yerləşir.

“Lankaran Springs & Wellness Resort” Qida və İçkilər üzrə böyük nəzarətçi (Senior F&B team Leader) vəzifəsi üçün işçi qəbulu elan edir

Əsas Öhdəliklər:

  • Restoranın Ofisiant heyətinə aydın və başa düşülən iş istiqaməti verməklə, qonaqlara keyfiyyətli xidmət göstərilməsini təmin etmək;
  • Xidmət müddətində işin səmərəliliyinə və xidmətlərin ardıcıllığına nəzarət etmək və davamlı praktiki dəstəyi göstərmək
  • Nağd Vəsaitlərlə bağlı proseduraların icra olunmasını təmin etmək üçün qastronomiyanın nağd vəsaitlərlə bağlı funksiyasına yaxından nəzarət etmək və yoxlamaq.
  • İllik biznes planının hazırlanması ilə yanaşı Restoranın planlaşdırılan gəlir və xərclərini, istismar edilən avadanlıqlarını, habelə mebel, qurğular və avadanlıqlar üzrə tələblərin müəyyən edilməsi üçün illik əməliyyat büdcəsinin işlənib hazırlamaq.
  • Restoranın müəyyən edilmiş ilkin layihəyə müvafiq olaraq effektiv şəkildə idarə edildiyini təmin etmək.
  • Restoranın Qonaq Məmnunluğu və Şikayətlərə Baxılma Proseduralarına uyğunluğu təmin etmək üçün qonaq məmnunluğunu yoxlamaq və onun rəy və şikayətlərinə cavab vermək.
  • Hər hansı şikayət, qonaqdan mənfi rəy, məmnunluq və ya otelin fəaliyyəti ilə bağlı Şöbə müdiri / Əməliyyat Menecerinə məlumat vermək.
  • Qonağın tanınmasında qonaqların məlumat bazasından istifadə etmək.
  • Restoranın işi, o cümlədən Standart İş proseduralarının yenilənməsi və ya onlara hər hansı əlavələrin edilməsi və yaxud hər hansı hissələrin silinməsi ilə bağlı lazım olan təkmilləşmələrə dair Şöbə Müdiri / Əməliyyat Menecerinə təklif vermək.
  • İşçilərin fəaliyyətinin qiymətləndirməsi, təlimləndirilməsi və onlara konsultasiya verilməsini mütəmadi olaraq aparmaq.

Tələblər:

  • Ali təhsil
  • Minimum 3 il restoranlarda supervayzer və daha yüksək vəzifədə iş təcrübəsi
  • Otel təcrübəsi olanlara üstünlük veriləcək
  • Azərbaycan, Rus dilinə mükəmməl hakimiyyət, İngilis dili arzuolunandır

Təklif edirik:

  • Tibbi sığorta (fərdi)
  • Pespektiv və inkişaf
  • Maaş – 600-800 AZN (müsahibəyə əsasən yekun olaraq təyin olunacaq)
  • Bakıdan Lənkərana transfer
  • Yaşamaq üçün ev – paylaşılan otaq (shared room)
  • Gündə 3 dəfə qidalanma
  • Tam rəsmi qeydiyyat

CV nümunələri “Qida və İçkilər üzrə böyük nəzarətçi” başlığı ilə hr@lankaransprings.az ünvanına gödərilməlidir.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...