Qida və içkilər üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

River INN Resort and SPA mərkəzi Qida və içkilər üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Nəyi bilməlidir:

  • Qida Təhlükəsizlik Qaydalarını;
  • Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini;
  • Servis standartlarını;
  • Azərbaycan dili və Rus dili (İngilis dili arzuolunandır);
  • Sərbəst istifadəçi səviyyəsində Microsoft Word, Excel, Outlook proqramlarını.

Nəyi bacarmalıdır:

  • İdarəçilik;
  • Təhliletmə;
  • Qərarvermə;
  • Məsuliyyəti üzərinə götürmə;
  • Detallara diqqət yetirmə;
  • Çeviklik;

Xüsusi tələblər:

  • Ali təhsil (Turizm və otelçilik üzrə);
  • Yaş həddi: 25-35 yaş;
  • Müvafiq vəzifə üzrə azı 3 il (tərcihən otelçilik üzrə) iş təcrübəsi;

Gözlənilən davranışlar:

  • Nizam-intizamlı;
  • Nəticəyönümlü;
  • Tələbetmə və yönləndirmə bacarığı;
  • Komandada işləmə və düzgün idarəetmə.
  • Gigiyenik qaydalara nəzarət etmə;
  • Təlim-inkişaf yönümlülük.

İş şəraiti: 

  • İş qrafiki: 5 günlük;
  • AR ƏM -nə müvafiq sənədləşmə;
  • Korporativ nömrə və lojman ilə təmin edilmə;
  • Ünvan: Xaçmaz rayonu, Nabran kəndi “River INN Resort & SPA” mehmanxanası

Vəzifə öhdəliyi:

  • Bütün qida və restoran xidməti üzrə işçilərin fəaliyyətinə nəzarət etmək;
  • Qonaq məmnuniyyətinin təmin edilməsi və qonaq şikayətlərinə baxılması;
  • Baş texniki işçi ilə restoranlarda istismar olunan avadanlıq tələbləri üzrə əlaqələndirmənin yaradılması;
  • Qiymətlərin, tədarük mənbələrinin, qida üzrə satış tendensiyalarının, inventarların nəzərdən keçirilməsi, toplantılarda iştirak etmək;
  • Bütün qida və restoranlar üzrə ticarət müəssisələrini, o cümlədən mətbəxləri, tullantı yerlərini və s. yoxlamaqla, müəyyən olunmuş fəaliyyət strategiyalarının və standartlarının yerinə yetirilməsinin təmin edilməsi;
  • Mehmanxananın ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək;
  • Hər bir mehmanxana obyektinin (məs. restoran, banket zalları)  rentabelli fəaliyyət göstərməsini təmin etmək;
  • Mehmanxananın həyata keçirdiyi əməliyyatların həm rəqabətə davamlı, həm də ən müasir tələblərə cavab verməsini təmin etmək üçün davamlı olaraq yerli, milli və beynəlxalq bazarların tendensiyalarını, təchizatçılar və mehmanxana / restoran əməliyyatlarını qiymətləndirmək;
  • Qida və İçkilər şöbəsinin istehlak auditinin nəticələrinə cavab verdiyinə əmin olmaq və müvafiq dəyişikliklərin həyata keçirilməsini təmin etmək;

Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Qida və içkilər üzrə menecer” qeyd etməklə mailə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Fəhlə

CMT Group MMC Fəhlə üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

450₼
Xadimə

CMT Group MMC Xadimə üzrə vakansiya elan edir. ...

CMT Group MMC

24.04.2024 - Bakı