Qida təhlükəsizliyi və keyfiyyətə nəzarət şöbəsinə kiçik mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Səba Şirkətlər Qrupu Qida təhlükəsizliyi və keyfiyyətə nəzarət şöbəsinə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Departament/Şöbə: Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət şöbəsi
Hesabat verir: şöbə müdirinə
Tabeçilikdə işçi: Yoxdur

Namizədə tələblər:

  • Ali təhsil: Qida mühəndisliyi, Baytarlıq, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar
  • Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməli, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır
  • Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət və ya oxşar sahə üzrə ən azı 1-2 illik iş təcrübəsinin olması
  • Rus və İngilis-dilini bilməsi arzu olunandır
  • Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı
  • Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə    yönümlülük, öyrənmə və dəqiqlik, müştəri yönümlülük, konfiliktlərin idarə edilməsi
  • MS Office programları (Word,  Excell, Power-Point, Outlook)

Əsas vəzifə öhdəlikləri:

  • Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin aparılması
  • Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənətləşdirmə işlərinin icrası;
  • Gigiyenik, uyğunluq, idxal, baytarlıq icazələrinin alınması;
  • Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə işlərinin həyata keçirilməsi;
  • Qida təhlükəsziliyi və keyfiyyətə nəzarət üzrə yoxlamaların təşkilində ezamiyələrdə iştirak etmək;
  • Spesifikasiyaların hazırlanması;
  • Sahələrdə risk analizinin aparılması;
  • Səlahiyyətli orqanlarla müqavilələrin yoxlanılması;
  • Keyfiyyətin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək;
  • İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
  • Müəssisə daxili intizam qaydalarına, prosedur və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
  • Qida Təhlükəsizliyi Qrupu ilə sistemin nəzərdən keçirmə iclaslarında iştirak etmək;
  • Sistemin effektivliyini artırmaq və düzəldici önləyici fəaliyyət tədbirləri görmək;
  • Uyğun olmayan məhsullarla bağlı həyata keçiriləcək prosedurlara qərar vermək, aşkar edilmiş uyğunsuzluqlarla bağlı uyğun olmayan məhsul hesabatını hazırlamaq;
  • Müştərilərin qida təhlükəsizliyi ilə bağlı şikayətlərini izləmək və qeydlərini aparmaq;
  • Hüquqi yoxlamaları müşayiət etmək, uyğunsuzluq aşkar edildikdə lazımi tədbirlərin görülməsi;
  • Şöbə rəhbərinin müvafiq tapşırıqlarının yerinə yetirilməsi;
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;

Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.

CV-lərinizi elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı