Qida sahəsi üzrə mexanik
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Sahə üzrə Ali təhsil
  • Qida sektorunda 5 ildən artıq iş təcrübəsi;
  • Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi
  • MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;
  • Azərbaycan dilində, İngilis və Rus dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı
  • Təzyiq altında işləmə bacarığı;
  • Problemlərə çevik yanaşma
  • Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;

Vəzifələri:

  • Yeni avadanlığın qəbulu və quraşdırılması, attestasiyası və iş yerlərinin rasionallaşdırılması, ağır və həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqində iştirak etmək;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən quraşdırılmasında iştirak etmək;
  • Problemləri vaxtında aradan qaldırmaq üçün istehsal və keyfiyyət qrupu ilə vaxtaşırı əməkdaşlıq etmək;
  • Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrasını təmin etmək;
  • İstehsalatın texniki hazırlığını təmin etmək;
  • Bütün növ avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirmək;
  • Planlaşdırılmış profilaktik, cari və dövrü təmir üçün zəruri olan materialların, ehtiyyat hissələrinin, alətlərin ilkin ehtiyacını müəyyənləşdirmək;
  • Hər növ avadanlıqların, habelə istifadə edilmiş ehtiyat hissələrinin və köhnəlmiş avadanlıqların uçotunu təşkil etmək, onların silinməsi sənədlərini hazırlamaq;
  • Vaxtından əvvəl aşınmanın qarşısını almaq məqsədilə avadanlıqların, onun detallarının işləmə prinsiplərini öyrənmək, aşınmanın müddətini və səbəblərini analiz etmək;
  • Çalışdığı iş zonasını təmiz saxlanmaq və təhlükəsizlik texnikası üzrə  təlimat qaydalarına riayət etmək;
  • Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması:

Digər məlumatlar:

  • Əmək haqqı; 2000-2500 AZN
  • AR qanunvericiliyinə əsasən sənədləşmə;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:

Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə 9 “Camal” LTD şirkəti (Dondurma zavodu)

 

E-mail:hr@iceland.az

Oxşar vakansiya siyahısı:

1500 — 2000 ₼
Layihəçi mühəndis

"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...

Aznet Technologies

06.08.2025 - Bakı

Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul)

Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...

Hajigabul Poultry Farm Company

21.07.2025 - Hacıqabul

Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir

Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...

Hajigabul Poultry Farm Company

18.07.2025 - Şəmkir