Qəza komissarları şöbəsinin mütəxəssisi (Əhmədli,Günəşli)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ateshgah Sigorta Qəza komissarları şöbəsinin mütəxəssisi (Əhmədli,Günəşli) vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə tələblər:

  • İş təcrübəsi: Müştəri xidməti sahəsində təcrübəsi olanlara üstünlük verilir.
  • İnzibati xətalar məcəlləsini və Yol hərəkəti haqqında qanunu bilmək vacibdir.
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır)
  • B kateqoriyalı sürücülük vəsiqəsi və sürücülük təcrübəsi olmağı mütləqdir.
  • Avtomobilin texniki hissələri haqda anlayışın olması
  • Yaşayış yerinin Əhmədli, Günəşli və ora yaxın ərazilərdə olması vacibdir

Əsas vəzifə öhdəlikləri:

  • Hadisə barədə məlumat əldə edən kimi dərhal hadisə yerinə getmək.
  • Hadisə yerində araşdırma aparmaq, foto və video çəkilişlər etmək, hal şahidlərindən izahatlar almaq.
  • Hadisə yerinə qəza xidmətlərini çağırmaq (DYP,FHN,Təcili tibbi yardım və s.)
  • Hadisə yerində zədələnmiş nəqliyyat vasitələrinə baxış keçirtmək,ilkin sənədləri toplamaq,hadisə barədə raport hazırlamaq.
  • Zədələnmiş nəqliyyat vasitəsinin evakuasiyasını təşkil etmək.
  • Lazım olduğu halda müştəri ilə DYPŞ-nə gedib ona izahat yazmaqda köməklik  göstərmək.
  • Sığorta dələduzluğu faktlarını aşkarlamaq və qarşısını almaq.
  • İmkan daxilində sığorta hadisəsini yerində tənzimləmək.
  • Gördüyü iş barəsində birbaşa rəhbərinə hesabat vermək.
  • Birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirirmək.

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
  • Təhlil və araşdırma qabiliyyətinə malik olmaq
  • Müşahidə və ilkin təhqiqat aparmaq vəridşlərinə malik olmaq

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı : Cədvələ uyğun iş qrafiki
  • Sabit əmək haqqı sınaq müddətində 555 AZN (gross məbləğ)
  • Sınaq müddətindən sonra 669 AZN (gross məbləğ)
  • Şəxsi avtomobilin olması zəruridir.
  • Avtomobilinamortizasiya xərcləri təmin olunur
  • Fəaliyyət nəticələrinin qiymətləndirilməsi əsasən bonus sistemi
  • Şirkət tərəfindən korporativ mobil nömrə və danışıq vaxtı verilir

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur.
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini  e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Qəza komissarları şöbəsinin mütəxəssisi (Əhmədli,Günəşli) ” qeyd etmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...

1st Fitness

24.04.2024 - Bakı

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

23.04.2024 - Bakı

400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Embafinans, ...

Embafinans

15.04.2024 - Bakı

Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə )

Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

04.04.2024 - Bakı