Qəza Komissarı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

BakıSığorta” ASC Qəza Komissarı vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Daxil olmuş məlumata əsasən hadisə yerinə operativ çıxış edib hadisəni qeydə alır;
  • Sığorta hadisələrinin qeydə alınması zamanı bütün danışıqların audio və video qeydiyyatını aparır;
  • Müştərilərlə ünsiyyətdə olan zaman  etik davranış və şirkətdaxili qaydalara riayət edir;
  • Zədələnmiş əmlak(lar)ın və hadisə yerinin foto və videoçəkilişini aparır;
  • Sürücülərin, sərnişinlərin və hadisə şahidlərinin izahatlarının videoçəkilişini aparır;
  • Zədələnmiş əmlak hadisə yerindən/cərimə meydançasından və ya digər məkandan daşınmalı olduqda daşınma xidmətlərini göstərən şəxslə əlaqə saxlayıb zədələnmiş əmlakın daşınması üçün sifariş verir;
  • Hadisənin sığorta hadisəsi olub-olmamasını araşdırır;
  • Baş vermiş hadisə ilə bağlı sığortalının (sığorta olunanın) və digər şəxslərin qanunazidd (dələduzluq) əməlləri haqqında səlahiyyətli dövlət orqanlarına məlumat verir
  • Sığorta hadisəsini qeydə aldığı və ya bu mümkün olmadıqda növbəti iş günü ərzində bütün zəruri məlumatları daxili prosedur tələblərinə uyğun qaydada proqram təminatına daxil edilr və sənədləri şöbə rəhbərinə təhvil verir;
  • Şöbə rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Tələblər:

  • Ali təhsil;
  • Kompüter bilikləri: Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;
  • Mövcud qanunvericilik aktlarını bilmək, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
  • Dil bilikləri: Azərbaycan sərbəst istifadə etmə bacarığı;
  • “B” kateqoriyalı sürücülük vəsiqəsinin olması;
  • Şəxsi avtomobilin olması (arzu olunandır)

Təcrübə:

  • Sığorta şirkətində iddiaların tənzimlənməsi sahəsində minimum iş təcrübəsi arzu olunandır.

Bacarıqlar:

  • Ünsiyyət qurmaq bacarığı;
  • Problemlərin həlli bacarığı;
  • Komanda ilə işləmək bacarığı;

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını Qəza Komissarı (Bakı şəhəri üzrə); (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları); Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları) ;Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları) ; Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları) “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə