Qısa məzmun
Ateshgah Sigorta Qəza komissarı (İsmayıllı regionu üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Yaş: 25-40
- Cinsi: kişi
- Təhsil: Ali və ya orta texniki
- İş təcrübəsi: bu sahə üzrə iş təcrübəsi olanlara üstünlük verilir
- Dil bilikləri: Azərbaycan (əla),Rus dili (orta)
- Microsoft Office proqramlarını, İnternet Explorer-dən istifadə qaydalarını;
- B kateqoriyalı sürücülük vəsiqəsi olmalı
- Mütləq şəxsi avtomobili olmalı
- Namizədin yaşayış yeri: İsmayıllı rayonu
Əsas vəzifə öhdəlikləri:
- Yol nəqliyyat hadisələri yerinə getmək və qəza hadisəsini yerindəcə araşdırmaq
- Hadisənin foto və video çəkilişlərini aparmaq
- Hadisəni rəsmiləşdirmək
- Hadisə barədə məlumat əldə edən kimi dərhal hadisə yerinə getmək.
- Hadisə yerində araşdırma aparmaq, foto və video çəkilişlər etmək, hal şahidlərindən izahatlar almaq.
- Hadisə yerinə qəza xidmətlərini çağırmaq(DYP,FHN,Təcili tibbi yardım və s.)
- Hadisə yerində zədələnmiş nəqliyyat vasitələrinə baxış keçirtmək,ilkin sənədləri toplamaq,hadisə barədə raport hazırlamaq.
- Zədələnmiş nəqliyyat vasitəsinin evakuasiyasını təşkil etmək.
- Lazım olduğu halda müştəri ilə DYPŞ-nə gedib ona izahat yazmaqda köməklik göstərmək.
- Sığorta dələduzluğu faktlarını aşkarlamaq və qarşısını almaq.
- İmkan daxilində sığorta hadisəsini yerində tənzimləmək.
- Gördüyü iş barəsində Aparıcı mütəxəssisə hesabat vermək.
- Birbaşa rəhbəri tərəfindən hər il qoyulan planın yerinə yetirilməsi öhdəliyini daşıyır.
- Birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir
Şəxsi keyfiyyətlər:
- Məsuliyyətli
- Stressə davamlı
- Avtomobilin texniki hissələri haqda anlayışın olması
- Yol hərəkəti haqqında və sığorta qanunvericiliyi haqda anlayışın olan
İş şərtləri:
- Əmək haqqı ilk üç ay sınaq müddəti ərzində (gross məbləğ) 555 AZN, sınaq müddətindən sonra 670 AZN
- Yanacaq pulu verilir
- Şirkət tərəfindən korporativ mobil nömrə və danışıq vaxtı verilir.
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur.
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Maraqlananlar öz CV formalarını göndərə bilərlər (məktubun mövzu bölməsində vakansiyanın adını Qəza komissarı (İsmayıllı regionu üzrə)qeyd etmək mütləqdir.)