Qəza əleyhinə sürücülük üzrə təcrübəli təlimçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AT-Geotech MMC Qəza əleyhinə sürücülük üzrə təcrübəli təlimçi vəzifəsi üzrə vakansiya elan edir.

Şirkətimiz regional geoloji mühəndislik və layihə idarəetmə fəaliyyəti ilə məşğuldur. Biz laboratoriya təhlili və sınaqları, tikinti və quraşdırma işləri, geoloji qazma və kəşfiyyat, geofiziki, xəritəçəkmə və tədqiqat işləri də daxil olmaqla geniş geotexniki tədqiqat işlərinin aparılması sahəsi üzrə ixtisaslaşmışıq. Şirkətimiz və mədəniyyətimiz illər boyu liderlik və əsas dəyərlərimizdən olan təhlükəsizlik, keyfiyyət və işgüzar etika əsasında qurulub.

AT GEOTECH QSC namizədləri “Qəza əleyhinə sürücülük üzrə təcrübəli təlimçi” vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Vəzifə öhdəlikləri:

  • Sürücülərə yüksək səviyyədə Qəza əleyhinə sürücülük üzrə (Defensive driving) peşəkar təlimin təmin edilməsi
  • Sürücülərin xidməti zamanı yaranan təhlükələri təyin etmək
  • Təhlükəli şəraitlərdə sürücülük xidmətinin yüksəldilməsini təmin etmək
  • Qəza əleyhinə sürücülük prinsip və texnikalarını sürücülərə izah etmək
  • Qəza əleyhinə sürücülük texnikalarından istifadə edərək yarana biləcək hadisə və zədələrin qarşısının alınmasını öyrətmək
  • Səmərəliliyin artırılması və iş prosesinin sürətləndirilməsi üçün fəaliyyətinin yaxşılaşdırılması üzrə təkliflər irəli sürmək;
  • Gərgin iş rejimində və qarşıya qoyulmuş müddətdə işin təhvil verilməsində punktuallıq;
  • Şirkətin əsas fəaliyyəti ilə əlaqədar layihələrə göndərilən və ya qəbul edilən müraciətlərin vaxtında və hərtərəfli yerinə yetirilməsi;
  • Sürücülərin sürmə bacarıqlarının statistika və qiymətləndirilməsinin aparmaq
  • Fəaliyyət istiqamətinə uyğun təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Rəhbərliyin qərar, əmr və göstərişlərinin vaxtında və düzgün icra edilməsi;
  • Zərurət olduqda fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
  • Şirkətin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

Tələblər:

  • Qəza əleyhinə sürücülük üzrə(Defensive driving) etibarlı sertifikat və peşəkar iş təcrübəsi;
  • Qəza əleyhinə sürücülük üzrə (Defensive driving) yüksək motivasiyalı iş prinsipinin olması;
  • Qəza əleyhinə sürücülük üzrə sürücülərdən test götürmə bacarığına malik olma;
  • Azərbaycan dilində şifahi, yazılı və fərdi ünsiyyət bacarıqları (əlavə dil bilgiləri arzuediləndir);
  • Öyrətmə və təqdimat bacarığı;
  • İşçi qruplarının idarə edilməsində, eləcə də yeni təşəbbüslərdə liderlik bacarıqlarının nümayiş etdirilməsi.
  • Analitik düşünmə və problemləri həll etmə bacarıqları;
  • Məsuliyyət, nizam-intizam və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq
  • Komanda daxilində işləmək bacarığı;
  • Sürməyə icazə verilən vasitə növü qeyd edilmiş etibarlı sürücülük vəsiqəsinə sahib olmaq.

İş şəraiti:

  • 6 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00, şənbə yarım gün
  • Korporativ nömrə və danışıq limiti
  • Ofis Xırdalanda yerləşir

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə hr@at-geotech.com elektron ünvanına mövzu hissəsində “Qəza əleyhinə sürücülük üzrə (Defensive driving) üzrə təcrübəli təlimçi” qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı

535₼
Sürücü

Sağlam Ailə” tibb mərkəzi “Sürücü” vakansiyası elan edir. ...

Sağlam Ailə

30.03.2024 - Bakı