Qeyri-Kredit Satışı Baş mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Yelo Bank Qeyri-Kredit Satışı Baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus dilində səlis danışıq bacarığı tələb olunur.

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Vəzifəyə uyğun Sizdən tələblərimiz:

  • Müvafiq sahə üzrə ali təhsil
  • Bank sahəsində Kassa əməliyyatları üzrə 3 ildən 5 ilə qədər iş təcrübəsi
  • Azərbaycan və rus dillərində səlis danışıq bacarığı
  • MS Office proqramları (Excel, Word, Outlook) üzrə biliklər
  • Ünsiyyət qurma və komanda ilə işləmək bacarığı, problemləri həll etmək bacarığı
  • Bank əməkdaşları arasında əlaqələndirmə və koordinasiya işinin həyata keçirilməsi bacarığı
  • Aşağıda qeyd olunmuş qaydalar üzrə biliklər:
  • Kassa əməliyyatlarının Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun aparılması (Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları ; Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları; Azərbaycan Respublikasının
  • Mərkəzi Bankı haqqında; Banklar haqqında Azərbaycan Respublikasının qanunu)
  • Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması qaydaları
  • Balansdankənar bütün sənədlərin və qiymətlilərin hesablanması qaydaları
  • Filialların kassalarına nağd vəsaitlərin, sənədlərin, qiymətlilərin göndərilməsi və qəbulu qaydaları
  • Bankomatlar üçün pul vəsaitlərinin hazırlanması və inkassatorlara bankomatların yüklənməsi üçün pulların verilməsi qaydaları
  • Nağd vəsaitlərin çeşidlənməsi, qruplaşdırılması qaydaları.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Pərakəndə Biznes Məhsullarının Satışı Departamenti Qeyri-kredit məhsullarının satışının təşkili şöbəsinin Aparıcı/Baş mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Qeyri-Kredit Satışı Baş mütəxəssis” qeyd etməklə öz CV-lərinizi cv@yelo.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı