Qısa məzmun
Ə/h 500 -600 AZN. Collezione Italia Qeydiyyatçı (Hostess) vəzifəsi üzrə vakansiya elan edir.
“Collezione İtalia” Avropanın premium mebel, mətbəx mebeli, santexnika, çılçıraq, qapı-parket, divar kağızları, pərdə, qab-qacaq, tekstil, yataq örtükləri və hədiyyə aksessuarları brendlərinin təmsilçisidir.
- Ölkənin və regionun ən geniş seçimə malik olan “Collezione İtalia” şourumu brendlərin sərgilənməsi, satışı, luks interyer həllərinin təqdimatı üzrə missiyasını illərdir uğurla yerinə yetirir.
- Təcrübəli və peşakar işçi qrupuna malik olan şirkət hər zaman bizimlə işləyib inkişaf etmək istəyən satış təmsilçilərini öz ailəsinə qatmağa hazırdır.
- Şirkət Müştəri xidmətləri şöbəsi üzrə “Qeydiyyatçı (Hostess)” vəzifəsinə vakansiya elan edir.
Namizədə dair əsas tələblər:
- Yaş: 22-dən yuxarı;
- Təhsil: Ali
- Cinsi: Qadın;
- Boy: 170
- Xoş xarici görkəm;
- Azərbaycan dili (sərbəst), rus dili (sərbəst) və ingilis dili (orta) səviyyədə bilmək
- Yüksək ünsiyyət qurmaq bacarıqları və gülərüzlülük.
Əsas vəzifə və öhdəliklər:
- Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, eləcə də telefonla danışıqları sifariş vermək;
- Şirkətə daxil olan müştəriləri və qonaqları qarşılamaq;
- Gələnlərin qeydiyyatını aparmaq;
- Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq
- Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;
- Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə həmin informasiyanın çatdırılması;
- Showroom üzrə gündəlik müştəri fiksasiyası hesabatını hazırlayıb struktur üzrə aidiyyatı bölməyə təqdim etmək
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları tərtib edərək hazırlamaq;
- Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
İş şəraiti:
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
- Saat 09:00 – 18:00
- Saat 11:00 – 20:00
- Karyera yüksəlişi imkanları.
- Əmək haqqı 500-600 AZN
- Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Qeydiyyatçı (Hostes)”, sözlərini qeyd edərək hr@collezioneitalia.az -ünvanına göndərsinlər.
- İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Zəng mərkəzinin operatoru
Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Əlaqə mərkəzinin mütəxəssisi
Azərbaycan Dəmir Yolları Əlaqə mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...