Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sağlam Ailə Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Orta tibb təhsil və ya biologiya fakültəsi məzunu;
- Azərbaycan dili – əla, rus dili biliyi – arzulolunandır;
- İş təcrübəsi vacib deyil;
- Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş;
Qeyd:
- İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);
- Əmək haqqı 450 azn;
- Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Vəzifə və öhdəliklər:
- Klinikaya müraciət edən pasiyentlərin müvafiq təlimatlara uyğun qeydiyyatını aparır; laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;
- Mərkəzə konsultasiya xidmətləri üçün müraciət edənləri müvafiq proqramın Randevu modulunda qeydiyyata alır və konsultasiya vaxtını təyin edir;
- Sığorta təşkilatları vasitəsilə müraciət edən pasientlərin qəbulu və qeydiyyatını aparır;
- Pasiyentə imtina edilən xidmətlərin qeydiyyatını aparır;
- Pasiyentə müvafiq təlimatlara uyğun aidiyyatı məlumatları verir;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Qeydiyyatçı (tibb)” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Dəmir Yolları Əlaqə mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Təcrübə Proqramı elan edir. ...
AccessBank Mikro və Aqro müştərilər üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (Mingəçevir filialı) vəzifəsi üzrə vakansiya elan edir. ...