Qısa məzmun
Performance Center Co şirkəti Qəbuledici vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifələr:
- Servisə daxil olan avtomobillərin qəbulu və müştərinin müraciətinə uyğun olaraq müvafiq təmir bölməsinə yönləndirilməsi;
- Servisə qəbul olunmuş avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi;
- Avtomobilin təmirinin icrasına nəzarət;
- Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi, avtomobilin müştəriyə təhvil verilməsi;
Tələblər:
- Ali təhsil ( ali texniki təhsili olanlara üstünlük veriləcəkdir)
- Yaş: 23-35;
- Müvafiq sahədə 3 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dilini səlist (rus və ingilis dillərini bilənə üstünlük veriləcəkdir)
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
- Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
- Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq.
Əlavə məlumat:
- İş günləri: həftədə 5 gün
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: 700-1000 AZN
- Əlavə olaraq xidmət göstərilmiş avtomobillərə görə bonuslar 300-500 AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Qəbuledici” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...