Qazanxana və çiller aqreqatları üzrə çilingər
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azman MTK Qazanxana və çiller aqreqatları üzrə çilingər vəzifəsi üzrə vakansiya elan edir. Su qızdırıcı qazanlara xidmət olunmalıdır.

Yerinə yetirəcəyi işlər:

  • Su qızdırıcı qazanlara xidmət.
  • Qazanların qızdırılması, işə salınması və dayandırılması və onların su ilə qidalandırılması.
  • Qazanlarda suyun səviyyəsinə, su təzyiqinə və qızdırıcı sistemə verilən suyun temperaturuna nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən müşahidə.
  • Nasos, mühərrik, hava dəyişdirici və digər köməkçi mexanizmlərin işə salınması və dayandırılması.
  • Avadanlıqların və qazan cihazlarının, ümumi sistemin təmizlənməsi.
  • İstisu tələbatı qrafikinə əsasən qazanların işinin tənzimlənməsi. Avadanlığın işində olan nasazlıqların qarşısının alınması və aradan qaldırılması, avadanlığın təmirində iştirak etmək.
    Təmir, istismar və avadanlıqların işinə nəzarət zamanı məlumatların müvafiq jurnallarında qeydiyyatının aparılması
  • İş otaqlarının və ya kabinələrin təmiz və səliqəli saxlanması;
  • Drenaj sularının nasoslarına, içməli su çənlərinə və nasoslarına nəzarət edilməsi, nasosların filtirlərinin təmizlənməsi

Tələblər:

  • Orta ixtisas və ya ali təhsil, müvafiq dövlət orqanı tərəfindən verilmiş sertifikat
  • 2 ildən yuxarı müvafiq sahə üzrə iş təcrübəsi

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Bazar istirahət günü.

Maraqlı namizədlər CV-lərini Aysel.Shiralizade@asgroup.az ünvanına “Qazanxana və çiller aqreqatları üzrə çilingər” başlığı ilə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı