Qaynaqçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Bakı Gəmiqayırma Zavodu MMC Qaynaqçı vəzifəsi üzrə vakansiya elan edir.

İş haqqında məlumat:

  • Əmək haqqı: 500-900
  • İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək
  • İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun olaraq əmək haqqına əlavə olara hesablanır
  • Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir
  • Sığorta təminatları təmin edilir

Namizədə tələblər:

  • İşin təsviri
  • Yeni tikilən, eləcə də təmirə gələn gəmilərdə, platformalarda texniki spesifikasiyalara əsasən metal konstruksiya qaynağı işlərini həyata keçirmək.

Vəzifə öhdəlikləri və səriştə tələbləri:

  • Polad lövhə və profillərdə flüslü elektrod məftili ilə qoruyucu qaz mühitində yarımavtomat qaynağının yerinə yetirilməsi
  • Sahə ilə bağlı qaynaq aparatlarının və əl alətlərinin peşəkar səviyyədə istifadə edilməsi
  • Qaynaq sonrası tikişlərin təmizlənməsi və qüsurlar zamanı təmir işinin aparılması
  • Dəyişən və sabit cərəyanla qaynağın va elektrik qövsü ilə yonmanın xüsusiyyətlərinə bələd olmalı
  • Sürət, gərginlik və amper tənzimləməyi, qaynaq zamanı problemləri müəyyənləşdirməyi bacarmalı
  • Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli
  • Müxtəlif elektrik qaynaq, qazla qaynaq aparatlarının, avtomatların və yarımavtomatların quruluşlarını və iş mexanizmlərini bilməli
  • Elektrodların növlərini və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçə bilməli
  • Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli
  • Zavodun təhlükəsizlik qaydalarına və bu yöndə öhdəliyə riayət etməli
  • Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlamalı

Digər tələblər:

  • Orta və ya müvafiq peşə təhsili
  • Müvafiq qaynaq sertifikatı
  • Ağır sənayedə 3 ildən yuxarı peşə təcrübəsi
  • İstehsalat zərurəti olduqda əlavə iş vaxtında işləmək imkanı
  • Subordinasiya qaydalarına uyğunlaşmaq və kollektivdə işləmə bacarığı

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı