Qısa məzmun
ATEF Şirkətlər Qrupu Qaynaqçı vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- İstehsalatda elektrik, qaz və yarımavtomat qaynağı işlərini həyata keçirmək
- Qaynaq avadanlığının tətbiqi, əməyin elmi təşkili, texnologiyasının təkmilləşdirilməsi, zay olmanın aradan qaldırılması və işlərin keyfiyyətinin yüksəldilməsi üzrə iş aparmaq
- Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlamaq
- Polad lövhə və profillərdə flüslü elektrod məftili ilə qoruyucu qaz mühitində yarımavtomat qaynağının yerinə yetirilməsi
- Sahə ilə bağlı qaynaq aparatlarının və əl alətlərinin peşəkar səviyyədə istifadə edilməsi
- Qaynaq sonrası tikişlərin təmizlənməsi və qüsurlar zamanı təmir işinin aparılması
- İş qrafiki: həftədə 5 gün, saat 08:00-dan 17:00-dək
Namizədə tələblər:
- Orta-ixtisas və ya orta təhsilli
- Elektrik və qaz qaynaq cihazlarından istifadə qaydalarını bilməli
- Qaynaq birləşmələrinin növlərinin və tikişin tipini bilməli
- Qaynaq olunacaq məmulatların qaynağa hazırlanması qaydalarını bilməli
- Qaynaq zamanı istifadə olunacaq elektrodların, metalların tərkibini və növünü bilməli
- Müxtəlif elektrik qaynaq, qazla qaynaq aparatlarının və yarımavtomatların quruluşlarını və iş mexanizmlərini bilməli
- ynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli
- Müxtəlif elektrik qaynaq, qazla qaynaq aparatlarının, avtomatların və yarımavtomatların quruluşlarını və iş mexanizmlərini bilməli
- Elektrodların növlərini və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçə bilməli
- İşə planlı yanaşması
- Fəal olması və komandada işləmək bacarığı
- Müvafiq peşə sertifikatlarının olması arzuolunandır
Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Qaynaqçı” e-mail də mövzu (subject) bölməsində göstərin.