Qaynaq üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. ATEF Şirkətlər Qrupu Qaynaq üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.Ünsiyyət yaratmaq bacarığı olmalıdır.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi
  • 5 günlük iş həftəsi
  • Nahar fasiləsi: 12:00-13:00
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

  • Cizgiləri oxuma bacarığı;
  • Cizgi üzərindən qaynaq prosesinə və metal konstruksiya yığımına nəzarət;
  • Qaynaq prosedurlarının hazırlanması və tətbiqi;
  • Mexaniki cizgilərin analizi;
  • Mexaniki cizgilər üzərində yarımfabrikat və tam məhsulların uyğunluq baxışının keçirilməsi;
  • Tələb olunan xammallara (metal, elektrod və s.) giriş nəzarətinin tətbiqi;
  • Fotoraport, akt, protokol və prosedur üzrə tələb olunan sənədləşmələrin aparılması.

Tələblər:

  • Ali təhsil (mühəndis ixtisaslı),
  • İxtisas üzrə minimum 3 il iş təcrübəsi,
  • Kompüter bilikləri – Excell və Microsoft office proqramları,
  • İSO9001, İSO22000 standartlarını bilmək,
  • Azərbaycan, Rus və İngilis dili,
  • Fikrini izah etmək qabiliyyəti,
  • Ünsiyyət yaratmaq bacarığı,
  • İşə planlı yanaşması,
  • Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Qaynaq üzrə mütəxəssis” e-mail də mövzu (subject) bölməsində göstərin.

Oxşar vakansiya siyahısı:

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl