Qaynaq-boya inspektoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Qartal Construction Company Qaynaq-boya inspektoru vəzifəsi üzrə vakansiya elan edir.

Əmək haqqı: 1800-2000 AZN

Tələblər və görüləcək işlərə dair məlumat:

Qaynaq inspektoru olaraq:

  • Müxtəlif Keyfiyyət Nəzarət prosedurlarını anlamalı və qaynaq texnologiyaları barədə məlumatlı olmalı;
  • Metal konstruksiyaların və boruların ümumi yığımı və qaynağı zamanı bütün detalların təyin edilmiş addımlarda çizgilər əsasında qaynaq tikişlərinin müvafiq üsulla yoxlanılmasının təmin edilməsi;
  • Təsbit olunan uyğunsuzluqların aradan qaldırılması, qeydlərin tutulması və əlaqədar rəhbərə hesabat şəklində çatdırılması;
  • Qaynaq üçün düzgün avadanlıq və materialların istifadə edilməsini təmin etmək;
  • Mütəmadi olaraq raportların hazırlanıb göndərilməsi.

Boya inspektoru olaraq:

  • Qumlama, boyama və sinkləmə prosesinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün boya işlərinin planlaşdırılması və nəzarət edilməsi;
  • Tamamlanmış qumlama, boya və sinkləmə işlərinin yoxlanılması və müvafiq rəyin bildirilməsi;
  • Mütəmadi olaraq raportların hazırlanıb göndərilməsi.

Vəzifə təlimatına əsasən digər əmək funksiyalarının yerinə yetirilməsi.

Qeyd: Namizədlər CV-ləri ilə yanaşı Qaynaq üzrə CSWIP, Boya üzrə isə BGAS- CSWIP sertifikatlarını göndərməlidir.

İş şəraiti:

  • İşlərin platformada görülməsi planlaşdırılır.
  • Nahar yeməyi firmanın vəsaiti hesabına təmin edilir.
  • İş rejimi 20 gün platformada, 10 gün evdə olmaqla təşkil olunur.

Əlaqə vasitələri:

Namizədlərin CV-lərini e-mail adresinə,  mövzu hissəsində “Qaynaq-boya inspektoru” yazmaqla göndərmələri xahiş olunur.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı