Qaraj müdiri (kənd təsərrüfatı sahəsi üzrə)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 800-1000 AZN. AZAQROTAXIL MMC Qaraj müdiri (kənd təsərrüfatı sahəsi üzrə) vəzifə elan edir.

İşçiyə qoyulan tələblər:

  • Təhsili: Ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Kənd təsərrüfatı texnikalarının istifadə və istismarı sahəsində biliklər;
  • Etik davranış qaydalarına sahib olmalı;
  • Diqqətli, məsuliyyətli və cəld;
  • Komandada işləmək bacarığı;
  • Gülərüzlü və hörmətcil olmalı.

Vəzifə öhdəlikləri:

  • Kənd təsərrüfatı texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi;
  • Kənd təsərrüfatı avadanlıqlara texniki baxışın keçirilməsinin, sınaq və profilaktik təmir işlərinin təşkil olunması;
  • Texnikalarının təmiri üçün ehtiyat hissələrinin alınması, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması, təmirin keçirilməsi, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün tələbin müəyyən olunması və tələbnamələrin yazılması;
  • Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsinin təşkil olunması;
  • Köhnəlmiş kənd təsərrüfatı texnikalarının, avadanlıqlarının təmirinin növbələşdirilməsi;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinin təmin olunması;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərin hazırlanması, onların tətbiq olunması;
  • Tabeçiliyində olan işçilərə, avadanlıqlara və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir.

İş şərtləri:

  • Ərazi – Biləsuvar rayonu
  • Stabil iş
  • AR ƏM əsasən rəsmiləşdirmə
  • Əmək haqqı 800-1000 AZN
  • İcbari sığorta
  • İş vaxtı: 9.00 – 18.00 (bazar ertəsi – cümə)
  • İstirahət günləri: şənbə, bazar, bayram günləri

Maraqlananlar öz CV formalarını arzu.kerimova.m@gmail.com ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, Qaraj müdiri qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Oxşar vakansiya siyahısı:

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı

535₼
Sürücü

Sağlam Ailə” tibb mərkəzi “Sürücü” vakansiyası elan edir. ...

Sağlam Ailə

30.03.2024 - Bakı