Qaraj Müdiri (Beyləqan, Bərdə, Saatlı)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT İstehsalat Kommersiya MMC Qaraj Müdiri (Beyləqan, Bərdə, Saatlı) vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Pambıq İstehsalına Nəzarət Şöbəsinin rəisi tərəfindən tələb olunan sifarişlərin vaxtında və keyfiyyətli icra öhdəliyi;
  • Müəssisədə mexanizasiya işlərinin təşkili, idarəedilməsi, nəzarət edilməsi və hesabatlılığın aparılması;
  • Müəssisənin avtopark sahəsinin idarəedilməsi, texnikaların saxlanc sisteminin təşkili,
  • Texnikalardan istifadənin optimallaşdırlması, illik texnoloji xəritənin tərtibi və təkmilləşmə ilə bağlı təkliflərin verilməsi;
  • Texnikaların əsaslı və cari təmir planlarının hazırlanması və icrasına nəzarət.
  • Təmir xərclərin optimallaşdırmasına nəzarət;
  • Tabeçiliytində çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
  • Mexanizasiya şöbəsinin davamlı fəaliyyəti üçün vacib olan ehtiyat hissə, material və s. üçün təchizat planının hazırlanması və proseslərə nəzarət;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər:

  • Ali təhsil ( Texniki sahəyə uyğun).
  • Uyğun sahədə minimum 3-5 il iş təcrübəsi.
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları
  • Güclü analitik, məntiqi düşünmə, liderlik, ünsiyyət və qərar qəbuletmə bacarıqları
  • MS Office (Word, Excel )

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkələrə daxil olaraq müraciət edə bilərsiniz:

Saatlı filialı – https://hr.mktcotton.com/url/l1kyl0q7 

Bərdə filialı – https://hr.mktcotton.com/url/l1kyoh16 

Beyləqan – https://hr.mktcotton.com/url/l1kyrgkq 

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı