Qarabağ Regional Məşğulluq Filialında mütəxəssis və orta idarəetmə vəzifələri (Bərdə,Ağdam,Füzuli, Ağcabədi)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Dövlət Məşğulluq Agentliyi Qarabağ Regional Məşğulluq Filialında mütəxəssis və orta idarəetmə vəzifələri vəzifəsi üzrə vakansiya elan edir

Strukturun adı: Qarabağ Regional Məşğulluq Filialı (Bərdə,Ağdam,Fizuli, Ağcabədi,)

Vakant vəzifə: Mütəxəssis və orta idarəetmə vəzifələri

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Vəzifə funksiyaları:

  • İşaxtaran və işsiz vətəndaşların qəbul edilməsi və onlara sosial müdafiə sahəsində Dövlət Məşğulluq Agentliyinin göstərdiyi xidmətlər haqqında məlumatlar verilməsi, müraciət edən vətəndaşların işlə təmin olunmasına köməklik göstərilməsinə nəzarət edilməsi;
  • İşədüzəltmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərlə əlaqəli fəaliyyət göstərilməsi;
  • İşaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi məqsədilə əmək yarmarkalarının təşkil edilməsi;
  • Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kvota üzrə müəyyən olunmuş iş yerlərinə işə qəbul edilməsi üçün tədbirlər görülməsi;
  • Vakansiya bankının mütəmadi olaraq təhlil edilməsi, boş olan və yeni yaradılan iş yerlərinin vakansiya bankına daxil edilməsi üçün işəgötürənlərlə danışıqların aparılması;
  • Vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə baxılması, onlara vaxtında cavab verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görülməsi;
  • Şöbənin iş planının, fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanmasına nəzarət edilməsi və rəhbərliyə təqdim edilməsi.

Vəzifənin tutlmasına dair tələblər:

  • Təhsil tələbi: Ali (İqtisadiyyat, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr);
  • İş stajı: vəzifədən aslı olaraq ən az 1-3 il iş təcrübəsi;
  • Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

  • İdarəetmə,Problem həll etmə;
  • Qərar vermə;
  • Etibarlılıq, dürüstlük;
  • İnkişaf yönümlü və innovativlik;
  • Təşəbbüskarlıq;

Göstərilən tələblərə cavab verən namizədlərdən müraciət etmək istədikləri vəzifələri qeyd etməklə CV-lərini mövzu hissəsinə Qarabağ “RMF üzrə Mütəxəssis və ya Orta idarəetmə” qeyd etməklə göndərmələri xahiş olunur.

Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı