Qaldırıcı Səbət / Çəngəlli Teleskopik yükləyici operatoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Caspian Services Group LLC Qaldırıcı Səbət / Çəngəlli Teleskopik yükləyici operatoru vəzifəsi üzrə vakansiya elan edir.

  • İşəgötürən: “Caspian Services Group” MMC
  • Vəzifə: Qaldırıcı Səbət / Çəngəlli Teleskopik yükləyici operatoru (ağır texnika üzrə: dirsəkli, teleskopik, qayçı tipli qaldırıcılar və s.)
  • İşə başlama tarixi: Mümkün qədər tez
  • İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis)

 

İş şərtləri:

  • Stabil iş
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
  • İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-ci gün 09:00-dan 15:00-a kimi. İstirahət: Bazar günü
  • İcbari sığorta
  • Komfort iş şəraiti
  • Perspektivli iş
  • Mehriban kollektiv

 

Tələblər:

  • Tam orta və ya orta-ixtisas təhsil;
  • Bu sahə üzrə 1-3 il iş təcrübəsi olmalıdır;
  • Dövlət dilini bilməlidir;
  • Bu sahə üzrə sertifikat:
  • “Qaldırıcı səbət operatoru”;
  • “Avtoyükləyici maşinisti”;
  • “Forklift Operator”;
  • Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi;
  • Təhlükəsizlik sahəsi üzrə təlim;
  • İntizamlı, sağlam, fiziki dözümlü, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil, nəzakətli;
  • Geyim qaydalarına və geyim formasına riayət etmək;
  • Tək və komandada işləmə bacarığı olmalıdır;
  • Təhvil-təslimin sənədləşdirmə qaydalarını bilməlidir;
  • Əmək intizamının yüksək olması;
  • Təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.

 

Bilməlidir:

  • İdarə etdiyi texnikanın konstruksiyasını və onun istismar qaydalarını;
  • İdarə etmə, yükləmə, boşaltma, yerləşdirmə və yığılma qaydalarını;
  • Yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməlidir, müəssisənin ərazisi üzrə hərəkətləri, stansiya ətrafı yolları və quraşdırılmış siqnalizasiyaların yerini bilməlidir;
  • Daxili əmək intizam qaydalarını.

 

Vəzifə öhdəlikləri:

  • Rəhbərlik tərəfindən verilən tapşırığın tam və vaxtında yerinə yetirilməsi;
  • Texnikanı istifadədən öncə Operator müvafiq təlim/təsnifat və sertfikatlaşdırılmadan keçməlidir;
  • Gündəlik texniki yoxlamaları keçirmək və nəticələri ofisə çatdırmaq.
  • Yalnız texniki təhlükəsizlik qaydalarına uyğun olan texnikanı işlətməli;İş saatı ərzində diqqəti yalnız işə yönəltmək!;
  • İclaslarda iştirak etməli;•
  • Texnikanı təmiz və saz vəziyyətdə saxlamalı;
  • Bütün nasazlıqlar haqqında rəhbərliyə məlumat verməli;
  • Görülən işlər barədə hesabatları təqdim etməli;
  • Peşəsinin icrası ilə əlaqədar digər öhdəlikləri yerinə yetirməlidir;
  • Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir.

Qeyd:

  • Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Hr@caspianservices.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Qaldırıcı Səbət / Çəngəlli Teleskopik yükləyici operatoru) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
  • Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi üraciətlərə (zənglərə) baxılmayacaq.
  • Müsahibə göndərilmış CV əsasında aparılacaq.

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı