Qadın – mühafizəçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 500 AZN. METAK Qadın-mühafizəçi vəzifəsi üzrə vakansiya elan edir. Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

“METAK” şirkəti həmçinin Balaxanı və Neftçala Sənaye parklarının rezidentidir.

Biz bütün uğurlarımıza əməksevər və peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

İşin təsviri:

  • Təlimata əsasən növbəni qəbul etmək və təhvil vermək;
  • Buraxlış-nəzarət sisteminin həyata keçirilməsi (İşçilərin giriş-çıxışına nəzarət);
  • Müəssisə ətrafını periodik olaraq gəzərək və ya kamera vasitəsilə müşahidə edərək nəzarət etmək;
  • Gecə və ya gündüz növbə sırasında təhlükəli görünən, şübhəli vəziyyətlə bağlı lazım gəldiyi təqdirdə növbə rəisinə məruzə etmək.

Tələblər:

  • Yaş həddi: 23 – 45 yaş;
  • Cinsi: qadın;
  • Məsuliyyətli, intizamlı, gərgin iş şəraitində işləmək bacarığı olmalı.

İş şəraiti:

  • Əmək haqqı: 500 azn
  • Növbəli iş qrafiki;
  • Nahar şirkət tərəfindən verilir;
  • Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytda ya hr@metak.az ünvanına CV göndərərək 21.08.2020 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...