Qısa məzmun
Azprotein Foods Group MMC “Qablaşdırıcı” vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
- Yaş həddi: 25 – 40 yaş
- Staj: 3 – 5 il
- Xanım namizəd olmalı
- İşində ciddi və məsuliyyətli olmalı
- Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir.
- Yaxın ərazidə yaşayan namizədlər müəssisəyə yaxınlaşıb CV formasını müəssisədə doldura bilərlər
Vəzifə öhdəlikləri:
- Yarımfabrikatların və hazır məhsulların qablaşdırılmasını həyata keçirir;
- Komponentləri həcmə uyğun ölçməklə məhsulları qablaşdırma üçün hazırlayır;
- Məhsulların texniki şərtə uyğun qablaşdırma üçün düzülüşünü həyata keçirir;
- Etiketləri əvvəlcədən iş prosesi üçün hazırlayır;
- Məhsulları əl və ya xüsusi cihazla etiketləyir;
- Məhsulları spesifikasiyaya, tətbiq edilən standartlara uyğun olaraq taralara-yeşiklərə yerləşdirir;
- Qutuları müəyyən olunmuş texniki tələblərə əsasən əl ilə və ya maşınla bağlayır;
- Cihazlarından istifadə edərək texnoloji prosesin gedişinə vizual olaraq nəzarət edir;
- Ramada olan malların kəsiməsini, çeşidlənməsini həyata keçirir;
- Mövcud olan tərəzilərdə məhsulların çeşidlər üzrə etiketlənməsini həyata keçirir;
- Müştəri Sifarişlərinin hazırlanmasında iştirak edir;
- Əmək haqqı: 350 manat
- İş qrafiki: 6 günlük.
- Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla azprotein.vacancy@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Memarlıq üzrə təcrübəçi
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
1500₼
Laçın ərazisi üzrə koordinatorAznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...