Qəbul üzrə nümayəndə
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azerconnect LLC Qəbul üzrə nümayəndə vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya haqqında

Şirkət: Azerconnect MMC
İdarə: İnsan Resursları İdarəsi
İş qrafiki: Standart
Son müraciət tarixi: 15.03.2021
Müqavilə müddəti: Daimi

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Ziyarətçiləri nəzakətli və düzgün şəkildə qarşılamaq, qeydiyyata almaq və müvafiq olaraq yönləndirmək.
  • Gələn telefon zənglərinə cavab vermək, yönləndirmək və lazım olduqda qeydlər aparmaq.
  • Müştəri şikayətlərini lazım olduqda müvafiq şöbələrə yönləndirmək.
  • Faks və elektron poçt yazışmalarını idarə etmək.
  • Podratçıları giriş icazələri ilə təmin etmək və onların statusuna nəzarət etmək.
  • Daxil olan məktub və sənədləri qəbul etmək və onların müvafiq olaraq paylanmasını koordinasiya etmək.
  • Müvafiq hesabatları hazırlamaq və tələb olunduqda digər inzibati vəzifələri yerinə yetirmək.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil.
  • Qəbul üzrə nümayəndə, müştəri xidmətləri və ya bənzər vəzifələrdə 1-2 il iş təcrübəsi.

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Azərbaycan, Rus və ingilis dillərini səlis bilmək.
  • MS Ofis proqramlarını yaxşı bilmək.
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı.
  • Müştəri yönümlü.
  • Ünsiyyətcil, nəzakətli, səbirli və dəstəkləyici.
  • Bir neçə tapşırığı eyni anda idarə edə bilmək və təzyiq altında işləyə bilmək.
  • Zamandan səmərəli istifadə edə bilmək.
  • Tapşırıqları prioritetləşdirə bilmək.

Müraciət etmək üçün

CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Mövzu hissəsində “Qəbul üzrə nümayəndə” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı