Psixoloq
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kaspi Təhsil Şirkəti Psixoloq vəzifəsi üzrə vakansiya elan edir.

Müraciət üçün linkə daxil olun: https://www.kaspi.edu.az/career/

Minimum vakansiya tələbləri:

  • Ali təhsil;
  • Sahə üzrə minimum 2 il beynəlxalq məktəbdə iş təcrübəsi;
  • Rus və ingilis dillərində səlis danışmaq və yazmaq bacarığı,
  • Beynəlxalq sertifikatlı namizədlərə üstünlük veriləcəkdir.

Vəzifə öhdəlikləri:

  • Şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq və təhlil etmək, müvafiq hərəkət planı hazırlamaq və tədbiqini izləmə;
  • Liseyin pedaqoji heyətini təhsildə psixologiya mövzusunda mütəmadi maarifləndirmək;
  • Psixodiaqnostik iş zamanı psixi cəhətdən inkişaf edən şagirdləri, effektiv-emosional pozuntulara və pis davranışa meylli olan şagirdləri, habelə ümumi və xüsusi istedadı olan şagirdlərin müəyyən olunması, onlarla müvafiq işin aparılması;
  • Psixodiaqnostik işin gedişində əldə edilmiş məlumatların təhlili əsasında uşaqlarla, valideyn və müəllimlərlə həm fərdi, həm də qrup şəklində aparılacaq korreksiya işinin proqramını hazırlamaq;
  •  Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı müvafiq direktor müavininə, müəllimlərə, valideynlərə məsləhətlər vermək;
  • Ehtiyac olan mövzularda müəllim kollektivinə və valideynlərə seminarlar təşkil etmək;
  • Şagirdlər üçün aktiv, tətbiqi və  yaradıcı öyrənmə mühiti təşkil etmək, onların fərdi və qrup şəklində öyrənməsini təmin etmək.

Əlavə məlumatlar:

  • İş yeri: “Kaspi Liseyi” ümumtəhsil məktəbi MMC- Beynəlxalq Məktəbi
  • Son müraciət tarixi:  09.06.2022

Maraqlananlar müraciət et bölməsindəki linkə daxil olub İşə müraciət formasında Psixoloq vəzifəsini seçməklə müraciət edə bilərlər.

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...