Psixoloq
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Kaspi Təhsil Şirkəti Psixoloq vəzifəsi üzrə vakansiya elan edir. Yüksək çalışmaq və öyrətmək həvəsi olmalıdır.

Minimum vakansiya tələbləri:

  • Müvafiq sahə üzrə bakalavriat dərəcəsi;
  • Azərbaycan və rus dillərində yüksək ünsiyyət bacarığı;
  • Sahə üzrə 2 illik təcrübə.

Tələb olunan bilik və bacarıqlar:

  • Peşəsinə yüksək motivasiya ilə yanaşma;
  • Fərdi və komandada işləmək bacarığı;
  • Yüksək çalışmaq və öyrətmək həvəsi;
  • Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.

Əsas öhdəliklər:

  • Şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq və təhlil etmək, müvafiq hərəkət planı hazırlamaq və tədbiqini izləmə;
  • Təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqları müəyyən edib, sinif rəhbəri və valideyni ilə inkişaf planını hazırlamaq və tətbiqini izləmək;
  • Liseyin pedaqoji heyətini təhsildə psixologiya mövzusunda mütəmadi marifləndirmək;
  • Psixodiaqnostik iş zamanı psixi cəhətdən inkişaf edən şagirdləri, effektiv-emosional pozuntulara və pis davranışa meylli olan şagirdləri, habelə ümumi və xüsusi istedadı olan şagirdlərin müəyyən olunması, onlarla müvafiq işin aparılması;
    Psixodiaqnostik işin gedişində əldə edilmiş məlumatların təhlili əsasında uşaqlarla, valideyn və müəllimlərlə həm fərdi, həm də qrup
  • şəklində aparılacaq korreksiya işinin proqramını hazırlamaq;
  • Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı müvafiq direktor müavininə, müəllimlərə, valideynlərə məsləhətlər vermək;
  • Ehtiyac olan mövzularda müəllim kollektivinə və valideynlərə seminarlar təşkil etmək;
  • Şagirdlər üçün aktiv, tətbiqi və yaradıcı öyrənmə mühiti təşkil etmək, onların fərdi və qrup şəklində öyrənməsini təmin etmək.

“Kaspi” Təhsil Şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:

  • Rəqabətə davamlı əmək haqqı və imtiyazlar;
  • Fərdi və peşəkar inkişaf imkanları;
  • Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
  • Peşəkar və dəstəkləyici işçi heyəti ilə çalışmaq imkanı;
  • Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.
  • Iş yeri: “Kaspi” Liseyinin Ağ şəhər filialı (Xətai ray. Xocalı pr. 57 A);

Son müraciət tarixi: 01.06.2021

Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. (https://www.kaspi.edu.az/career/). Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...