Proseslərin Təkmilləşdirilməsi üzrə Şöbə Müdiri (OPEX)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azersun Holding Proseslərin Təkmilləşdirilməsi üzrə Şöbə Müdiri (OPEX) vəzifəsi üzrə vakansiya elan edir. İdarəçilik qabiliyyəti olmalıdır.

Vəzifə tələbləri:

  • Sənaye Mühəndisliyi, Sənayenin Təşkili və İdarə edilməsi, Proses Mühəndisliyi (və ya Mühəndislik üzrə digər texniki sahələr) ixtisasları üzrə ali təhsili olmalı;
  • MBA təhsili olanlara üstünlük veriləcək;
  • İstehsalatın Təşkili və İdarə edilməsi, Keyfiyyət İdarə edilməsi sahələrində minimal 4 illik iş təcrübəsi olmalı;
  • TPM(Total Productive Maintenance), Lean Manufacturing, KAİZEN və Data Analizi təlimlərini almış və ya tətbiq etmiş olmalı;
  • Proseslərin təkmilləşdirilməsi, statistik proses kontrol və erqonomik mövzularda texniki bilik və təcrübəyə sahib olmalı;
  • 6 Sigma metodu ilə layihə idarə edilməsi təcrübəsinə sahib olmalı;
  • Excel və PowerPoint proqramlarından əla səviyyədə istifadə etməyi bacarmalı;
  • Liderlik bacarığı olmalı;
  • Təlim vermək bacarığı olmalı;
  • Rus və İngilis dili biliyi olanlara üstünlük veriləcəkdir.

İş təsviri:

  • Beynəlxalq metodların və standartların tətbiqi ilə proseslərin təkmilləşdirilməsi və israfların azaldılması;
  • Proses idarəçiliyi və proses təkmilləşdirilməsi layihələrinə rəhbərlik edilməsi;
  • Proseslərin idarəedilməsi və prosesin təkmilləşdirilməsi metodologiyaları üzrə təlimlərin verilməsi;
  • Proseslərin avtomatlaşdırılması, rəqəmsallaşdırılması və sadələşdirilməsi üçün tədqiqatların aparılması
  • Məlumat bazalı proses təkmilləşdirmələrinin və bunun üçün infrastrukturun yaradılması və idarə edilməsini təmin etməli
  • Müəsissə işçiləri ilə birlikdə proseslərin inkişaf etdirilməsi üçün təkmilləşdirmə fəaliyyətlərinin həyata keçirilməsi;
  • Aylıq və dövri hesabatlara əsasən data analizi apararaq, nəticələri rəhbərliyə məruzə edilməsi;
  • Tədarükçüdən müştəriyə qədər olan proses axışını yerində izləyərək Dəyər Axış Xəritəsinin çıxartılması;
    Mövcud biznes proseslərin təkmilləşdirilməsi məqsədi ilə təhlil işlərinin aparılması və məlumatların toplanılması;
  • İstehsalat müəssisəsində proseslər, əməliyyatlar və məhsullarda məhdudiyyətlərin və çatışmazlıqların aşkarlanması və təhlilinin
  • edilməsi;
  • Proseslər və Məhsullarla bağlı yeni ideaların, təkliflərin təhlili və dəyərləndirilməsi;
  • İstehsalat və Biznes prosesləri üzrə daxili qaydaların və normativlərin işlənib hazırlanması, daxili qaydaların təkmilləşdirilməsi və yenilənməsi
  • İşçi heyətinə təlimlərin keçirilməsi, yüksək ixtisaslılıq səviyyəsinin təmin olunması və qorunub saxlanması;

Əlavə məlumat:

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Proseslərin Təkmilləşdirilməsi üzrə Şöbə Müdiri(OPEX)” qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı