Qısa məzmun
Ə/h razılaşma yolu ilə. YapiKredi Bank Proseslərin idarəedilməsi üzrə əməkdaş vəzifəsi üzrə vakansiya elan edir. İngilis, türk, rus dili bilikləri
Tələblər:
- Bank sahəsində ən azı 2 il iş təcrübəsi;
- İqtisadiyyat, biznesin idarəedilməsi və İT sahəsi üzrə ali təhsil;
- İngilis, türk, rus dili biliklərinə üstünlük verilir;
- Ofis proqramlarında işləmək bacarığı;
- Bank proseslərinin iş axışları, bank qanunvericiliyi barədə məlumatlı olmaq;
- Məlumatı toplamaq və təhlil etmək bacarığı / Analitik düşüncə / Təqdimetmə bacarığı / Komanda ilə işləyə bilmək.
Cavabdehlik:
- Bankın iş axışlarının sənədləşdirilməsi;
- Bank proseslərinin yerli qanuvericilik ve struktur bölmələrin tələbləri əsasında yazılması;
- İT qrupları ilə birlikdə kiçik istək/Orta ölçülü layihə/ Böyük ölçülü layihə sinifləşdirməsini həyata keçirmək;
- Qanunvericiliyə riayət üzrə proses dəyişikliklərində təşəbbüslə çıxış etmək, dəyişikliyin banka təsir təhlilini bankın strukturlarının dəstəyini alaraq aparmaq və texniki dəyişikliklər üçün IT ilə koordinasiyalı planlaşdırma işlərini həyata keçirmək;
- Orta və böyük ölçülü sistem tələblərini “business hub” prinsipinə uyğun yaratmaq (ətraflı proses təhlili, biznes qərarları, digər layihə və proseslərlə qarşılıqlı əlaqələr, müştəri və satış/əməliyyata olan təsirlərini təhlil etmək);
- Məsul olduğu prosedur sənədləri üçün, “business impact” – in və “business case” – in yaradılaraq, layihələrin təsir etdiyi struktur bölmələrin digər tələblərini gözdən keçirmək və bir-biri ilə olan əlaqələrini müəyyənləşdirmək;
- Sistem səlahiyyət qruplarını istifadəçilərə vermək/ləğv etmək, istifadəçi yaratmaq / dəyiştirmək /
silmək, səlahiyyət qrupu yaratmaq / dəyiştirmək / silmək
CV-lərinizi hr@yapikredi.com.az ünvanına göndərmənizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Proqram təminatı üzrə mühəndis (Backend Developer)
Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...
Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)
Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...