Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AFB Bank Proseslərin idarə edilməsi Strukturuna baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
AFB Bank Proseslərin idarə edilməsi Strukturuna baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Baş Mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (İqtisadiyyat, biznesin idarəedilməsi və.s); İT sahəsi üzrə bilikləri olan namizədlərə üstünlük verilir
- Bank sahəsində ən az 3 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı (Rus və ingilis dilərini bilənlərə üstünlük verilir)
- Ofis proqramları ilə yüksək səviyyədə işləmək bacarığı (Visio, Power Point, Excel, Word);
- Proses axınları, Bank qanunvericiliyi barədə məlumatlı olmaq;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə, Problemlərin həll yolunun qısa müddətdə müəyyən edilməsi bacarığı;
- Analitik düşünmə, yaradıcı yanaşma tərzi;
- İntensiv rejimdə işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
İŞİN TƏSVİRİ:
- Bank proseslərinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi və yeniliklərin tətbiq edilməsinin təşkilatlandırılması;
- Bankın yeni və mövcud biznes proseslərinin təhlili, blok-sxemlərinin hazırlanması (BPMN standartlarına uyğun);
- Bankın prosedur və qaydaların optimallaşdırılmasına dair təhlillər və monitorinqlər aparmaq, yenisinin hazırlanmasını təmin etmək;
- Proseslərdə uyğunsuzluqların müəyyən edilməsi və həll yollarının göstərilməsi;
- Prosedur və proseslərə dair rəylərin verilməsi;
- Bankdaxili qaydaların hazırlanması və hazırlanmasına dəstək verilməsi;
- Proseslər üzrə xronometrajların aparılması;
- Proseslərin avtomatlaşdırılması üzrə testlərin icra edilməsi;
- Struktur bölmələrin iş yüklərinin hesablanması;
- Layihələrdə iştirak və texniki tapşırıqların yazılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proseslərin idarə edilməsi üzrə baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...