Qısa məzmun
A+Co ASC Satış Auditi vəzifəsi üzrə vakansiya elan edir. Şəxsi avtomobilin olması vacibdir
Tələblər:
- Ali təhsil
- Göstərilən vəzifə üzrə ən azı 1 illik iş təcrübəsi;
- İstehsalat və ya Kənd təsərrüfatı sahəsində təcrübə arzuolunandır.
- Microsoft Office proqramlarını bilməli;
Vəzifə öhdəlikləri:
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;
- Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan müqavilələrin şərtlərinə uyğunluğun yoxlanılması;
- İstehsalat intizamının möhkəmləndirilməsi;
- Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;
- Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətlərinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını;
- İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə
- zarətin təmin edilməsi;
- Məhsulun keyfiyyətinin yüksədilməsi üzrə keyfiyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması;
- Keyfiyyətsiz məhsul, onun səbələri və təqsirkarlarının uçotunun aparılması;
- Qüsurli iş və ya materialların düzəldilməsinin və ya dəyişdirilməsnin tələb edilməsi;
- Ümumi keyfiyyət sisteminin yaradılması, tetbiqi və nəzarət olunması;
- Keyfiyyətə nəzarət planının hazırlanması;
- Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
- Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlarhazırlayıb təqdim edilməsi;
- Birbaşa rəhbərin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;
İş şəraiti:
- İş yeri: Pirəkəşkül qəsəbəsi
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Prosesə nəzarət üzrə mütəxəssis” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.