Proses Mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Norm ASC Proses Mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Sərbəst ingilis dili biliyi olmalıdır.

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Proses Mühəndisi tələb olunur.

Tələblər:

  • Mühəndis kimyaçı və ya sənaye mühəndisliyi diplomu
  • Əlaqədar sahədə 1 il iş təcrübəsi və ya könüllülük fəaliyyəti
  • Sərbəst ingilis dili biliyi
  • MS office proqramlarından istifadə bacarığı

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük;
  • Davamlı inkişaf;
  • Bütövlük;
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma

Vəzifə və Öhdəliklər:

  • Sement standartları, şirkətin məqsədi və idarəçilik təlimatları ilə əlaqəli istehsalat parametrlərinə əməl etmək
  • Proses ölçüm cihazlarının düzgün istismarına riayət etmək
  • Proses ölçüm cihazları vasitəsi ilə sahə ölçüm cihazlarının doğruluğunu müəyyən etmək
  • Proses ölçüm cihazları vasitəsi ilə ölçümlər həyata keçirmək və aylıq hesabat formasında Proses üzrə Baş Mühəndisə təqdim etmək
  • Proses və sənaye ölçüm cihazlarının vaxtı vaxtında kolibrləmə və doğrulama əməliyyatları üçün uyğun laboratoriyalara göndərilməsinə riayət etmək
  • Qısamüddətli, orta və uzunmüddətli proses optimallaşdırılması imkanlarının, texniki-iqtisadi hesabatlarının müəyyən edilməsində Proses üzrə Baş Mühəndisə dəstək
  • Təkmilləşdirmə tələblərinin və imkanlarının müəyyən edilməsi üçün istehsalat auditinin aparılmasında Prosses üzrə Baş Mühəndisə dəstək

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.

Son Müraciət Tarixi: 08.09.20

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı