Proqramlaşdırma və dəstək bölməsinin mütəxəssisi -proqramçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Life Proqramlaşdırma və dəstək bölməsinin mütəxəssisi -proqramçı vəzifəsi üzrə vakansiya elan edir.

Struktur bölmə: İnformasiya texnologiyaları departamenti,Proqramlaşdırma və dəstək bölməsi
Vəzifə: Proqramlaşdırma və dəstək bölməsinin mütəxəssisi -proqramçı
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 2 (iki)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Vəzifə Öhdəlikləri:

  •  Proqram təminatı bölməsi üzrə təhkim edilmiş Komanda ilə birlikdə işləmək;
  • Proqram kodlarının hazırlanması
  • Unit Test Modulların hazırlanması,
  • Texniki Test mərhələlərinin aparılması
  • Proqram təminatının hazırlanması üçün tapşırıqları izləmək,
  • Gündəlik Komanda görüşlərində iştirak etmək, təlimatlar üzrə nəzərdə tutulan işlərin həyata keçirmək və nəzarət etmək
  • Biznesə dəstək məqsədi ilə məhsullar üzrə verilmiş texniki tapşırıqların analiz olunması və öncədən görülə biləcək problemləri
  • Nəzərdə tutulan Yeni informasiya texnologiyalarının və proqram təminatının təkmilləşdirilməsini həyata keçirmək və şirkətin iş fəaliyyətində onların tətbiq edilməsini həyata keçirmək; Şirkətin, PO və Birbaşa rəhbərlərin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək;
  • Biznesə dəstək məqsədi ilə məhsullar üzrə verilmiş texniki tapşırıqların analiz olunması və avtomatlaşdırılmasını idarə etmək;
  • Daxili proseslərin analiz olunması və avtomatlaşdırılmış hesabat sisteminin qurulmasını idarə etmək;
  • Web & Win servisləri hazırlamaq;
  • Yeni yazılmış prosedur və funksiyaları test etmək;
  • Proqramçı olaraq şirkətin İT strategiyasına və tələblərinə uyğun proqram təminatlarından istifadə etmək və standartlar daxilində BackEnd proqramlaşdırma üzrə taskların yerinə yetirilməsini təmin etmək

Namizədə olan tələblər:

  • İş təcrübəsi: İnformasiya texnologiyaları üzrə 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İnformasiya texnologiyaları və ya Riyaziyyat sahələrində bakalavr dərəcəsi
  • Texniki bilikləri: C# ,ASP.NET CORE MVC, ASP.NET CORE API, MSSQL(T-SQL)
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta
  • Üstünlüklər: Microservis Arxitekturunda və digər proqramlaşdırma dillərində işləmə bacarığı üstünlükdür
  • Kompüter bilikləri: MS Word: orta, MS Excel: orta, MS Outlook: orta
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, dəyişikliklərə uyğunlaşma

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı