Proqramlaşdırma – Müəllim
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Code Academy Proqramlaşdırma – Müəllim vəzifəsi üzrə vakansiya elan edir. İngilis dilini bilməsi üstünlükdür.

Şirkət haqqında

İTədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir.

Code Academy-də Proqramlaşdırma bölməsi peşəkarlar və müəllimləri Proqramlaşdırma təhsil proqramları üçün müəllim vəzifəsinə müraciət etməyə dəvət edir. Biz peşəkar və böyüyən mühitdə bizimlə əməkdaşlıq etmək istəyən dinamik, enerjili və təşəbbüskar müəllimlər axtarırıq. Əmək haqqı namizədin göstəricilərinə bağlıdır və işə götürüləcək müəllimin yeni başlayan tələbələri öyrətməsi gözlənilir.

İşin təsviri və öhdəliklər:

  • Tədris iş yükü müqavilədən asılı olaraq həftədə ən azı 1 qrup, ən çox 3 qrupdur;
  • Biz sizə həftədə 4 günlük, gündə 4 saatlıq iş rejimi təklif edirik.
  • İş saatları: 09:00-13:00 və ya 14:00-18:00
  • Tələbələrə aşağıdakı proqramlar üzrə bilikləri aşılamaq:
  • HTML5, CSS3 (SASS, LESS CSS precompilers) and CSS Frameworks;
  • JavaScript libraries and frameworks
  • Programming in C# and MS-SQL experience in MVC pattern and use of it in an Object Oriented (OOP) development with .NET
  • Developing ASP.Net MVC 5 and Core Web Applications
  • Developing Windows Azure and Web Services
  • Code Academy və Microsoft kurrikulumunun tələb və qaydalarına əsasən tədris proqramını hazırlamaq və inkişaf etdirmək;
  • Dərs və lab saatlarında vaxtında iştirak etmək və dərs materialına əsasən işləmək;
  • Tələbələrin suallarına və tapşırıqlarına vaxtında düzgün cavab və rəy bildirmək;
  • Tələbələrin dərsdə iştirak və fəaliyyətinin mütəmadi qiymətləndirilməsini müvafiq sistemə əsasən həyata keçirmək;
  • Code Academy dəyərlərinə əsasən xidmət göstərmək.

Tələb olunan bilik və təcrübə:

  • 3-5 il Proqramlaşdırma sahəsində iş təcrübəsinin olması;
  • Azərbaycan dilində əla yazılı və şifahi dil bacarıqları, ingilis dilini bilməsi üstünlükdür;
  • Müəllimliyi və ya öyrətməyi sevməsi və öz üzərində bu sahədə daim yeniliklər etməsi.
  • Əlavə olaraq aşağıdakıları bilməsi üstünlükdür:
  • Microsoft Certified Professional olması arzuolunandır
  • Dərs proqramı hazırlamaq və dərs keçmək sahəsində təcrübəsinin olması arzuolunandır.

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər hr@code.edu.az ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) və öz portfolioları haqda qısa məlumatı GitHub

hesabı ilə birgə göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı