Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azerconnect LLC Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. REST APİ üzrə təcrübə tələb olunur.
Şirkət : Azerconnect
İdarə : İnformasiya Texnologiyaları İdarəsi
İş qrafiki: Standart
Son müraciət tarixi : 28.05.2020
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Tam dövr proqram təminatı tərtibatını icra etmək. Məlumat tələbatlarını öyrənməklə biznes müştərilərinin tələbləri əsasında yaxşı layihələndirilmiş, yoxlanılan, səmərəli və təkrar istifadə edilə bilən kod yazmaq;
- Proqram təminatı komponentlərini tam funksional proqram təminatı sisteminə, bütün əlaqədar ekosistemlərə və digər şəbəkə elementlərinə inteqrasiya etmək
- Müvafiq proqram təminatı sənədlərinin, blok-sxemlərin, planların, diaqramların, qrafiklərin, interfeys təsvirlərinin, kod şərhlərinin və aydın kodların hazırlanması yolu ilə proqram təminatının funksionallığını sənədləşdirmək və qoruyub saxlamaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- İT sahədə bakalavr və ya magistr dərəcəsi;
- Web texnologiyaları üzrə minimum 2 il iş təcrübəsi;
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- PHP, MySQL, HTML, CSS , Javascript üzrə bilik
- PHP (CodeIgniter, Laravel, Symfony, Yii) üzrə bilik
- Veb Məzun İdarə Sistemləri üzrə təcrübə
- UI/UX dizayn üzrə bilik
- REST APİ üzrə təcrübə
- Müvafiq məlumatlar bazası, SQL və ORM texnologiyaları üzrə bilik
- Əməliyyat Sistemləri (Windows, Linux) üzrə təcrübə
- Proqram təminatının hazırlanması metodologiyası və prosesləri üzrə biliklər
- Azərbaycan dili (Səlis), İngilis dili (orta)və Rus dili (orta) biliyi
Müraciət etmək üçün
CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Proqramçı” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzInTelecom MMC Middle Android developer vəzifəsi üzrə vakansiyasını elan edir ...