Proqram təminatının testi və keyfiyyətinə nəzarət üzrə aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Modenis LLC Proqram təminatının testi və keyfiyyətinə nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Yeni və mövcud məhsullar üçün test proseslərini hazırlayıb tətbiq etmək;
  • Proqram tətbiqlərinin yoxlanması və keyfiyyətinin təmin edilməsi;
  • Proqram təminatlarının testləşdirilməsi, habelə hazırlanmış produkt və ya proses haqqında təkliflərin verilməsi;
  • xtəlif səviyyəli testləşdirmə səviyyələri (Funksional, Manual, Uİ, Servis testing və s.) üzrə pozitiv və neqativ testlərin aparılması və hazırlanmış produktun qəbul olunmuş minimum kriteriyalara cavab verib-verməməsinin yoxlanması;
  • Test strategiyaları, test planları və test ssenarilərinin hazırlanması və onların sənədləşdirilməsi;
  • Test nəticələri, habelə hazırlanmış produktlarda kütləvi baş verən xətalar barədə hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi;
  • Keyfiyyəti təmin edən göstəriciləri müşaiyyət etmək (defektlərin sıxlığı, açıq defektlərin sayı və s.) ;
  • Avtomatlaşdırılmış test skriptləri hazırlamaq və nəticələri nəzərdən keçirmək;
  • Windows, Web və Mobil API tətbiqlərinin (C#, JavaScript, PHP, SQL) avtomatlaşdırlmış testi;

Namizədə qoyulan tələblər:

  • Ali təhsil;
  • Ən azı 2 il iş təcrübəsi;
  • Proqram təminatlarının test edilmə metodologiyaları üzrə biliklər;
  • Proqram təminatlarının test edilməsi üzrə təcrübə;
  • Məhsulların analizində analitik – alqoritmik düşünmə qabiliyyəti;
  • Texniki sənədləşmə üzrə təcrübə (test ssenariləri və keysləri, istifadə kitabçaları);
  • APİ Server-lərin test etmə bacarığı, JSON / XML formatları üzrə biliklər;
  • RDBMS sistemləri üzrə təcrübə, SQL dili üzrə biliklər (orta səviyyədə);
  • Agile mühitində test metodologiyaları ilə tanışlıq;
  • Keyfiyyətə nəzarət işlərində və Test İdarəetmə Proqramlarında (Test Menegment Software) biliklər;
  • Kompyuter elmləri və ya Proqramlaşdırma bilikləri;
  • Komanda şəklində işləmə bacarığı;
  • Xarici dil səviyyəsi: İngilis dili– Intermediate, Rus dili – B1. ;

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00),
  • Tibbi sığorta
  • Nahar təminatının qarşılanması.
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaqdır

    Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Proqram təminatının testi və keyfiyyətinə nəzarət üzrə aparıcı mütəxəssis” yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı