Proqram təminatı və idarəetmə sistemləri şöbəsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Proqram təminatı və idarəetmə sistemləri şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Bizim üçün ən ideal namizəd :

  • Ali təhsilli olması;
  • Analoji sahədə ən azı 2 il iş təcrübəsi;
  • JS ilə işləmə bacarığı;
  • C#, .Net proqramlaşdırma HTML5, CSS3, T-sql ilə işləmə bacarığı;
  • Öncədən yazılmış mövcud kodları təhlil etmək və onlarla işləmək bacarığı;
  • Git işləmə bacarığı.

O cümlədən :

  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, İngilis dili arzu olunandır.
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı
  • İşgüzar və məsuliyyətli olmalı
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.

Hansı işləri görəcəksiniz :

  • Proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin etmək;
  • Yeni çıxan texnologiyaları araşdırmaq və tətbiqini həyata keçirmək;
  • Proqram təminatının təkmilləşdirilməsi və daim yenilənməsi işini həyata keçirmək;
  • Hazır proqram təminatlarının imkanlarını araşdırmaq və kodlarda redaktələr etmək;
  • Texniki tapşırıqların və sənədlərin hazırlanmasında yaxından iştirak etmək;
  • Mövcud proqram təminatlarında texniki sorğular üzrə texniki tələblərin icrasını və proseslərin optimallaşdırılmasını həyata keçirmək;
  • Rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibi ilə məşğul olmaq;
  • Ona tapşırılmış avadanlığın, texnika və ofis ləvazimatının qorunmasını təmin etmək;
  • Proqramlarda rast gəlinən nasazlıqların aradan qaldırılmasında fəal iştirak etmək:

Nə əldə edəcəksiniz

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı və faəliyyətə uyğun bonus sistemi;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstək;
  • Davamlı karyera imkanı;
  • Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı:

Əlavə məlumatlar :

  • Əmək haqqı razılaşma əsasında
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Proqram təminatı üzrə mütəxəssis” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mobile Developer

Link: https://qlor.me/lwetylrrz0 Təsvir Responsibilities: Providing technical support for ready-made modules Formulate software specifications and basic prototypes Devel ...

Ateshgah Insurance Company

20.05.2024 - Bakı

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı