Qısa məzmun
Avrora MMC şirkəti Proqram Təminatı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin icrası və proseslərin optimallaşdırılması;
- Proqram təminatlarının işləməsinə nəzarət edilməsi (bağlantının fasiləsizliyinin);
- Tələbə əsasən proqram təminatı və proqram modullarının tərtibatının həyata keçirilməsi;
- Biznes tələblərinin təhlili və tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması ilə bağlı təkliflərin irəli sürülməsi;
- Proqramlaşdırma yazı qaydaları və stili təlimatında ehtiyac olan dəyişikliklərin təklifinin verilməsi və Rəhbərinin təsdiqi ilə dəyişikliyin həyata keçirilməsi;
- Hesabatların hazırlanması və təhlil edilməsi;
- Proqramların kodlaşması, analiz edilməsi və qeydiyyatının aparılması;
- Mövcud proqramlara dəstəyin verilməsi, ehtiyac yaranarsa düzəlişlərin aparılması;
- Gün ərzində yönələn sorğuların yerinə yetirilməsi;
Tələb olunan bilik və bacarıqlar:
- C#, Java və OOP üzrə biliklər;
- Javascript və ReactJS üzrə biliklər;
- Database MS SQL (T-SQL) üzrə biliklər;
- Alqoritm bilikləri;
- Araşdırmaq və problem həll etmə bacarğı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Riyaziyyat və ya İnformatika ixtisası üzrə ali təhsil (hər hansı biri);
- Hər hansı bir proqramlaşdırma dilləri üzrə sertificatların olması arzu olunandır;
- İş təcrübəsi : 2 il (Satış və Distribyutor sahəsində);
- Dil bilikləri : Rus və İngilis dili biliyi üstünlükdür;
- Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı.
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri : Bakı ş., Aşıq Molla Cümə küç, 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram Təminatı üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Link: https://qlor.me/lwetylrrz0 Təsvir Responsibilities: Providing technical support for ready-made modules Formulate software specifications and basic prototypes Devel ...
ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...
Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...
Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...