Proqram təminatı və idarəetmə sistemləri şöbəsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Proqram təminatı və idarəetmə sistemləri şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • SQL arxitekturasının qurulmasında iştirak etmək;
  • Daxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması işini həyata keçirmək;
  • Proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin etmək;
  • Proqram təminatının təkminləşdirilməsi və daim yenilənməsi işini həyata keçirmək;
  • Rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibatı ilə məşğul olmaq;
  • Proqram qrupu tərəfindən yaradılan yeni layihələrin tətbiq olunmasını qiymətləndirməli və lazım olduqda həll təklifləri etməli;
  • İş cədvəllərini proqramlaşdırmaq və komanda üzvlərinə tapşırıqlar vermək;
  • Biznes tələblərin təhlili və tələblərə uyğun yeni proqram təminatının hazırlanması;
  • Mövcud proqram təminatlarında texniki sorğular üzrə texniki tələblərin icrası və proseslərin optimallaşdırılması;
  • Proqram təminatlarının işləməsinə nəzarət;
  • Proqramlarda baş vermis nasazlıqların aradan qaldırılması;
  • Konkret təyin edilmiş sistem və ya proqram təminatının sistemləri üçün bir və ya bir neçə proqramlaşdırma dilindən istifadə etmək.
  • Buraya proqramlaşdırmada istifadə olunan alətlər, Web və ya digər kitabxalara daxildir;
  • Proqramlaşdırma şöbəsinin işçilərinə tapşırıqlar vermək və tapşırıqların vaxtında icra olunmasına nəzarət etmək;
  • İnkişaf etməkdə olan texnologiyalar, aparat və proqram təminatlarının araşdırılması.

TƏHSİL / TƏCRÜBƏ :

  • Ali təhsil
  • Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
  • Visual studio JAVA, C#, pl-sql, asp.net, oracle forms-la işləmə bacarığı.

ƏLAVƏ MƏLUMATLAR :

  • Əmək haqqı razılaşma əsasında;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Şöbə müdiri, İnformasiya Texnologiyaları Departamenti” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“STP” MMC irqi, rəngi, dini, cinsi, milli mənşəyi, yaşı, əlilliyi və genetikası nəzərə alınmadan bütün işçilərinə və müraciət edənlərə bərabər iş imkanlarını təqdim edir. Dövlət qanunlarının tələblərinə əsasən, “STP” MMC-yə istənilən ərazidən müraciət edən namizədlərin / işçilərin işə qəbulunda ayrı-seçkilik etmir və bunu qayda-qanunlara uyğun olaraq həyata keçirir. Bu siyasət işə qəbul, işə götürmə, yerləşdirmə, vəzifə artımı, xitam vermə, geri çağırılma, yerdəyişmə, icazə, kompensasiya və təlim daxil olmaqla bütün qayda və şərtlərinə şamil olunur.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı