Proqram təminatı şöbəsinə mütəxəssis (DevOps)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“Bank Respublika” ASC Proqram təminatı şöbəsinin mütəxəssisi (DevOps) vəzifəsi üzrə vakansiya elan edir.

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentinin Proqram təminatı şöbəsinə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • CI/CD proseslərinin tətbiqi;
  • Monitorinq sistemləri ilə işləmək;
  • Microservis arxitekturalı sistemdə avtomatlaşdırma və xətaların aradan qaldırılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Aidiyyatı sahə üzrə 1 il iş təcrübəsi;
  • Linux sistemləri üzrə geniş administrasiya bilikləri və iş təcrübəsi;
  • DevOps Tools Docker, GitLab, CI/CD, Ansible texnologiyaları üzrə geniş biliklər və iş təcrübəsi;
  • Bash Scripting;
  • Virtualization – VmWare, VirtualBox;
  • Azərbaycan dili (əla), Rus və İngilis dillərinin yaxşı səviyyədə olması arzuolunandır;
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həlletmə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini tarixinədək email-in mövzu hissəsində “Proqram təminatı şöbəsinə mütəxəssis (DevOps)” qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı