Qısa məzmun
Caspos MMC Proqram Təminatı Satışı üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Struktur hissəsi: Satış Şöbəsi
Birbaşa tabeçilik: Satış Şöbəsinin Müdiri
Funksional tabeçilik: Kommersiya Departamentinin Direktoru
Məsuliyyət və vəzifələr:
- Satış şöbəsinin müdirinin rəhbərliyi altında Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir;
- Müştəri barədə informasiyaları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
- Cəmiyyətin təqdim etdiyi mal və ya xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştəriləri məlumatlandırır;
- Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir.
- Malların müştəriyə çatdırılmasını təmin edir;
- Müqavilələrin icrası ilə bağlı müştəri rəylərinin uçotunu aparır və Rəhbərliyi məlumatlandırır;
- Müqavilə şərtlərininin pozulması səbəblərini müəyyən edir və Satış şöbəsinin müdirinə məruzə edir;
- Müştəri barədə daxil olan bütün informasiyaları proqram məhsuluna qeyd edir;
- Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, Sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır, sistemləşdirir və Satış şöbəsinin müdirinə təqdim edir;
- Keyfiyyət sisteminin menecmenti tələblərinin yerinə yetirilməsinə nəzarət edir.
- Öz fəaliyyətini “İşçilərin Təlimat Kitabçası”nın tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisənin sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarına müvafiq şəkildə həyata keçirir.
Tələblər:
- Ali təhsil
- Şirkətin məhsullarını müştərilərə təqdim etmək
- Yenilikçi və satışla bağlı yeni fikirlər bildirmək
- Restoran və marketinq proqramlarını mükəmməl bilməli
- Azərbaycan, rus, ingilis dillərini tələb olunan səviyyədə bilmək
- Proqram təminatlarının işləməsinə nəzarət edilməsi
- Kompüterlə işləmək bacarığı
- Analitik düşünmə qabiliyyəti
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
- 1-3 ildən az olmayaraq əmək stajı
Fərdi keyfiyyətlər:
- Satış etmə qabiliyyəti,
- Təşkilatçılıq, Aktivlik, çeviklik, ünsiyyətçillik
- Geniş dünya görüşü və ələqələndirmə bacarığı
- Düzgün şifahi nitq və ünsiyyət qurma qabiliyyəti
- Məsuliyyət hissi
- Diqqətlilik
Məşğulluq:
- Tam
- Əmək haqqı razılaşma;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək,
- Şənbə- bazar istirahət günləri.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...