Qısa məzmun
Kontakt Home Proqram təminatı üzrə aparıcı mütəxəssis (Senior Software Developer) vəzifəsi üzrə vakansiya elan edir.
Masallı üçün: https://qlor.me/kynz9q12
Təsvir:
- Genişləndirilə bilən korporativ proqram təminatının layihələndirilməsi və inkişafını təmin etmək (Şirkət daxili hazırlanmış ERP);
- Yeni ERP modullarının hazırlanması, mövcud modulların dəstəklənməsi, digər proqramlarla inteqrasiya əməliyyatlarının həyata keçirilməsi;
- Proqram təminatının yaradılması üzrə tam prosesi həyata keçirmək;
- İnformasiya ehtiyaclarını öyrənməklə biznes müştərilərinin tələblərinə əsasən müvafiq şəkildə dizayn edilmiş, sınaqdan keçirilə bilən, səmərəli və təkrar istifadə edilə bilən kodları yazmaq və istifadəçilərlə müzakirələr aparmaq;
- Sistemlərin işləməsi, məlumatların istifadəsi, iş prosesləri və problemli sahələri araşdırmaq;
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Tələblər:
- Ali təhsil (İnformasiya Texnologiyaları/Riyaziyyat üzrə təhsil üstünlük hesab olunur);
- Müvafiq sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
- OOP dizaynı və inkişafının əsas prinsipləri, SOLID prinsipləri, Mikroservis Arxitektura nümunəsi barədə biliklər;
- ASP.NET MVC, .NET CORE, WCF, Entity Framework, Dapper və s. ilə korporativ proqram təminatının hazırlanmasında təcrübə;
- ERP sistemli ilə çalışmaq təcrübəsi;
- Javascript/TypeScript ilə Front-end inkişafında təcrübə;
- Məlumat strukturunu dizayn etmək, MS-SQL-də mürəkkəb sorğuları oxumaq və redaktə etmək bacarığı;
- Azərbaycan dilini sərbəst, İngilis dillərini yaxşı səviyyədə bilmək;
- Xamarin və Angular bilikləri üstünlükdür
- Komanda ilə işləmək bacarığı.
Oxşar vakansiya siyahısı:
Business Analyst
ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...
İngilis dili (Data Science üçün )
Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...
Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis
Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)
Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...